Modern.az

“Şuşanın dağları” – başıbəlalı mahnı - VİDEO

“Şuşanın dağları” – başıbəlalı mahnı - VİDEO

8 May 2019, 13:33

 

Bu gün Azərbaycanın qədim və əzəli torpağı Şuşanın Ermənistan tərəfindən işğalından 27 il keçir.

Şuşa Azərbaycan xalqının, mədəniyyətinin beşiyi, böyük alimlərin, bəstəkarların, şairlərin vətənidir.

 

Belə dahi şəxslərdən biri də Xan Şuşinskidir. O, xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

 

Milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirən Xan Şuşinskinin "Şuşanın dağları" mahnısı isə dillər əzbəridir.

 

Şuşaya həsr edilən mahnı tar və kamançanın müşayiəti ilə muğam üslubunda ifa olunur.

 

Əsərdə şəhər gözəl qızla müqayisə edilir.

 

Səsləndirmə zamanı Xan Şuşinskiyə mahnıdakı “duman” , “ölürəm” kimi kədərli sözlərə görə irad tutulub.

 

Modern.az saytı bununla bağlı hazırladığı videonu təqdim edir.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi