Modern.az

Joze Maurinyo “Barselona”ya acıq  verdi

Joze Maurinyo “Barselona”ya acıq  verdi

8 May 2019, 14:30

Joze Maurinyo “Çempionlar Liqası” yarımfinal görüşündə “Liverpul”a 4-0 məğlub olan “Barselona” haqqında maraqlı açıqlamalar verib.

 

Modern.az xəbər verir ki, “BeİN Sports”a danışan  56 yaşlı mütəxəssis belə deyib: “Sonuncu qol haqqında danışaq. Bu səhvi əgər U 14 və U15 komandalarında uşaqlar etsəydi, biz deyə bilərdik ki, uşaqlar hələ futbol oynama zehninə və təcrübəsinə sahib deyillər, amma biz dünyanın ən yaxşı oyunçularından danışırıq. Mən oyunun gedişində “Liverpul”un ikinci qolu vurması halında, vəziyyətin dəyişəcəyini demişdim”.

 

Sonda Yurgen Klopp haqqında da danışan Maurinyo, ”Kloppun etdikləri sadəcə taktika və fələsəfə ilə açıqlamaq düzgün olmaz, çünki o futbolçuları çox gözəl motivasiya edir və onları qələbəyə inandıra bilir. Bu qədər möhtəşəm keçirdiklər bir mövsümdə kubok qazanmamaq riskləri varidi, amma indi finaldadılar və hədəflərinə çata bilərlər”.

 

Novruz NOVRUZLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır