Modern.az

CHP prezident seçkilərinin də nəticəsinin ləğvini tələb etdi

CHP prezident seçkilərinin də nəticəsinin ləğvini tələb etdi

8 May 2019, 16:12

Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbulun 39 bölgəsində keçirilmiş seçkilərin və 24 İyun 2018-ci ildə keçirilən prezident seçkilərinin nəticələrinin ləğvi üçün Yüksək Seçki Qurumuna (YSK) müraciət edib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP bəyan edib ki, prezident və yerli seçkilər də qüvvədə olan qanuna əsaslanaraq keçirildiyindən, ləğv edilməlidir:

“Əgər İstanbuldakı seçkilərdə qanunsuzluq var deyirsinizsə, eyni hadisələr ötən il 24 iyunda da baş verib deməkdir. Tam qanunsuzluqda müddət amili axtarılmaz. YSK dövlət işçisi olmayanlara sandıq qurumlarında vəzifə verildiyi iddiası ilə seçkinin ləğvini tələb edirsə, onda 24 iyun seçkilərini də ləğv etmək məcburiyyətindədir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir