Modern.az

ABŞ Fars körfəzində İranı biabır etdi

ABŞ Fars körfəzində İranı biabır etdi

6 Yanvar 2012, 23:54

Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin “John C. Stennis” aviadaşıyıcısı Somali dəniz quldurlarının əlinə keçmiş 13 iranlı dənizçini azad edib. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, Pentaqon nümayəndəsi, kapitan Con Kirbi Ərəbistan dənizində azad edilmiş dənizçilərin artıq evlərinə yola salındığını bildirib. Onları ələ keçirmiş 15 dəniz qulduru isə həbs olunub.

Xatırladaq ki, İran hərbi rəhbərliyi bir neçə gün əvvəl məhz “John C. Stennis” aviadaşıyıcısının Fars körfəzinə buraxılmayacağını bəyan etmişdi.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub