Modern.az

Deputat Kamilə Əliyeva seçicilərin problemlərini dinlədi - FOTOLAR

Deputat Kamilə Əliyeva seçicilərin problemlərini dinlədi - FOTOLAR

9 May 2019, 09:43

111 saylı Zaqatala-Balakən seçki dairəsinin deputatı Kamilə Əliyeva növbəti dəfə seçicilərini Zaqatalada qəbul edib.

 

Modern.az xəbər verir ki, deputat ofisindəki qəbulu yekunlaşdırdıqdan sonra Zaqatalanın Uzunqazmalar kəndindəki seçicilərlə də görüşüb.

 

Görüşdə son 5 ayda prezident İlham Əliyevin imzaladığı sərəncamlar, apardığı islahatlar haqqında geniş məlumat verilib. Qeyd edilib ki, görülən işlər, imzalanan sərəncamlar bir məqsədə - insanların sosial rifahının yaxşılaşdırılmasına xidfmət edir.

 

Deputat seçicilərinin problemlərini də dinləyib, bəzilərini yerindəcə aidiyyatı qurumlarla əlaqə saxlayaraq həll edib və bir qisminin həlli üçün müvafiq qurumlara müraciət edəcəyini bildirib.

 

Görüşdə fikirlərini səsləndirən kənd sakinləri, ağsaqqallar əmək haqlarının, pensiyaların artırılmasına, problemli kredit məsələlərinin həll edilməsinə, şəhid ailələrinə verilən birdəfəlik yardıma görə prezidentə öz minnətdarlıqlarını çatdırmağı deputatdan xahiş ediblər.

 

Onlar həmçinin cənab İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini, həmişə onun yanında olduqlarını ifadə ediblər.

 

Dövlətimizə qarşı çıxanları, şər, böhtan atanları pisləyiblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir