Modern.az

Dünən Şuşanın işğal günüydü, bu gün Qələbə tarixi - Deputatlar xeyirlə şərdən DANIŞDILAR

Dünən Şuşanın işğal günüydü, bu gün Qələbə tarixi - Deputatlar xeyirlə şərdən DANIŞDILAR

9 May 2019, 13:34

Dünən - 8 Mayda Şuşanın işğalının 27-ci ili tamam oldu, bu gün isə 9 May - II Dünya Müharibəsində faşizm üzərində qələbə gününü qeyd edirik...
9 May Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. Azərbaycan ictimaiyyətində Şuşanın işğal günündən bir gün sonra Qələbə bayramının qeyd edilməsinə birmənalı münasibət yoxdur.

Modern.az saytı bu məsələ ilə bağlı deputatların da mövqeyini öyrənib.

Deputat Fəzail İbrahimli bildirir ki, 300000 insanın ruhu qarşısında bizim millətin də borcu var:

“9 May Azərbaycanın tarixində yox, Azərbaycanın daxil olduğu imperiyanın tarixində faşizm üzərində qələbə kimi qeyd olunub.  Bu,  bəşəriyyəti məhv edən, milyonlarla insanın ölümünə səbəb olan, özünü dünyada ali irq elan edən Hitlerin məğlubiyyətidir. Hitler təkcə bir xalq üçün yox, bütün dünya üçün təhlükəli bir ideologiya irəli sürmüşdü. SSRİ ilə üz-üzə gəldikdə iki ideologiyanın toqquşması baş verdi: komunizm və faşizm. Hər iki ideologiya dünyanı hədəliyirdi. Faşizm ideologiyasının prinsiplərinə əsasən, alman xalqı dünyanı idarə etməli idi. Komunizm ideologiyasına əsasən isə dünya axır-əvvəl buna gəlib çıxmalı idi. Faşizm öz siyasətini hədələmə yolu ilə, komunizm isə nisbətən yumşaq bir şəkildə həyata keçirirdi. Hər iki ideologiya toqquşdu və komunizm qalib gəldi.

Təbii ki, bu qələbədə təkcə SSR-in rolu olmadı, Amerika, İngiltərə də eyni mübarizəni göstərdi. Qələbə nəticəsində bəşəriyyət İkinci Dünya Müharibəsindən xilas oldu. Azərbaycan divizasiyası da bu müharibədə əhəmiyyətli rol oynadı, eyni zamanda 90 faiz tankı neftlə Bakı təmin edirdi.  600000 azərbaycanlı səfərbər olmuşdu ki, bunun da 300000-ni döyüşlərdə həyatını itirdi. Bu qələbə hər bir azərbaycanlının ruhuna xüsusi bir şəkildə təsir etdi. Təsəvvür edin ki, bu qələbəyə 5 oğulunu müharibəyə göndərən ana oğlunu sağlam qarşıladığına, övladlarını müharibədə qurban verən qadın ərinin sağlam gəldiyini gördüyü üçün sevindi. Yəni bu qələbə  dünyada yaşanan vahimənin sonu idi.

Bu qələbənin qeyd edilməməsi nə dərəcədə düzgün olardı... Axı 300000 insanın ruhu qarşısında bu millətin də borcu var. Bu qələbə  gənc yaşlarında əlil qalan, gözlərini itirib sağlamlığından məhrum olan  şəxslərin bayramıdır. Buna görə də bu bayramın qeyd olunması xeyirin şər üstündə qələbəsi kimi qiymətləndirilməlidir.

Şuşanın işğalına gəldikdə isə belə bir sual olunmalıdır: necə oldu ki, Şuşa işğal olundu?  Buna hələ də cavab tapılmayıb.
Ağa Məhəmməd şah Qacarın dəstəsi Fransa topları ilə 33 gün Şuşanı mühasirədə saxladı. Mirzə Adıgözəl bəy “Qarabağnamə” əsərində yazır ki, Qacara hərbçilərdən biri burada dayanmağın mənasız olduğunu deyir və Qacar göstəriş verir, Şuşadan geri çəkilirlər. Çünki onun məqsədi bütün Azərbaycanın işğalı idi.  Maraqlıdır, necə oldu ki, 33günlük müsahirədən sonra Şuşa alındı? Bu məsələ ətrafında düşünmək lazımdır”.


Deputatın sözlərinə görə, 8 May işğalı Azərbaycan tarixində ən faciəli hadisələrdən biridir:

“Bu işğalla Azərbaycanın bakirəliyi alındı. Qarabağın əlimizdən getməyinin əsası qoyuldu. Buna görə Qələbə gününü qeyd etməyin yalnış olduğu barədə yox, həmin məsələ ətrafında düşünməliyik. Çünki Şuşanı işıal edənlər hələ ki cəzasız qalıb”.


Deputat Flora Qasımova
da xatırladıb ki, İkinci Dünya Müharibəsi nəticəsində 300000 azərbaycanlı həlak olub, xeyli sayda müharibə iştirakçısı əlil olub:

“Bizim qarşıda hələ Qarabağ müharibəmiz dayanır. Ermənistanın torpaqları sülh yolu ilə geri qaytarmaq fikrinin olmadığını düşünürəm. Gələcəkdə torpaqlarımız alınacağı təqdirdə həmin günü də Qələbə günü kimi qeyd etməliyik. Biz belə 9 May kimi Qələbə günlərini qeyd edərək, müharibədən əziyyət çəkənləri yada salmış oluruq. Xeyirlə şər qardaşdır. Bu gün isə xeyirin şər üzərində qalib gəlməsinin göstəricisidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...