Modern.az

Kanadada təyyarə yük avtomobili ilə toqquşub

Kanadada təyyarə yük avtomobili ilə toqquşub

Dünya

10 May 2019, 23:15

Kanadada təyyarə yanacaq daşıyan yük avtomobili ilə toqquşub.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Toronto şəhərinin beynəlxalq aeroportunda, gecə saatlarında baş verib. "Bombardier DHC - 8-300" təyyarəsi pis hava səbəbindən hava limanına qayıdarkən yanacaq daşıyan yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 3 ekipaj üzvü və 2 sərnişin xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub