Arxiv
11 May 2019, 09:33 | ƏDƏBİYYAT
Varis – “Nobel”ə gedən yolun YOLÇUSU…

Onunla Sumqayıtda eyni məhəllədə, eyni binada böyümüşük. Rəhmətlik atası Musa müəllim filolologiya elmləri namizədi, yüksək ədəbli kişilərdən biri idi. Sumqayıt Kimya Texnologiya Texnikumunda baş müəllim işləyirdi. Anası Tamara xanım Sumqayıt Alüminium Zavodunda iqtisadçı vəzifəsində çalışırdı. Hər ikisi də Qazax rayonunda doğulmuşdu. Özündən böyük bacısının adı Solmaz, kiçik bacısının adı isə Almaz idi. Evin tək oğlu olduğuna görə valideynləri ondan heç nəyi əsirgəmirdi. O dövrün ən bahalı paltarlarını geyinir, ən yaxşı oyuncaqları ilə oynayırdı. Hətta məhəllədə növbə ilə sürdüyümüz ilk velosiped də ona alınmışdı. Həddi-buluğa çatandan sonra, necə deyərlər bir yerdə oturub-durur, o zamank; uşaqların xoşladığı bişdi-bişdi, kəmər vurdu, aşıq-aşıq kimi oyunları oynayırdıq. Məhəllələr arası futbol yarışlarında isə o, komandamızın kapitanı olardı. Nə isə, elə ki, böyüdük yollarımız ayrıldı…

Haqqında söhbət açdığım Varis Yolçuyev Sumqayıt şəhərində dünyaya gəlib. Orta təhsilini 17 nömrəli məktəbdə alıb. Sonra Bakı Dövlət Universitetinin filologiya fakwltəsini bitirib. 1991-ci ildə "168 saat" qəzetinin baş redaktoru, 1993-cü ildə isə "7 gün" qəzetinin redaktoru işləyib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasında ilk dəfə efirə gedən "Gecə kanalı" proqramının yaradıcılarından biri olub. 2004-2007-ci illərdə "Azərbaycan" nəşriyyatında baş redaktor vəzifəsində çalışıb. 2007-ci ildə AzTV-yə dəvət alıb və departamentlərdən birinə direktor təyin edilib. Azərbaycanda ilk "TV plyus" milli teleradio jurnalının baş redaktoru olub.

Azərbaycan və xarici ölkələrin mətbuatında yüzlərlə məqaləsi işıq üzü görüb. 2001-2005-ci illərdə dalbadal 5 dəfə bir sıra beynəlxalq qurumlar tərəfindən "European Market Research Center", "Editorial Office" kimi media mükafatları ilə təltif olunub. Müxtəlif illərdə "Dan ulduzu" ali jurnalistika mükafatına, "İlin ən yaxşı redaktoru" adına layiq görülüb. 

İlk hekayələri xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə "Ulduz" jurnalında dərc edilib. Ötən əsrin 90-cı illərində ədəbi mətbuatda digər hekayələri də işıq üzü görməyə başlayıb. İlk bədii kitabı "Sonuncu ölən ümidlərdir" 2008-ci ilin noyabrında çap olunub. Sonuncu işıq üzü görən, sayca on beşinci, "Uzaqdan gələn yağış" romanı isə 2018-ci ildə nəşr edilib. 2017-ci ildə " Əməkdar jurnalist" fəxri adına layiq görülüb. 18 kitabın redaktorudur…

Varis Yolçuyevə təqdim olunan beynəlxalq mükafatlar o qədər çoxdur ki, hamısını sadalamağa səbrim çatmaz. Amma bəzilərini nəzərinizə çatdırmağı özümə borc bilirəm: Böyük Britaniya və Rusiyada verilən "İlin yazıçısı" fəxri adları, Varşavada təltif olunduğu YUNESKO-nun Adam Mitskeviç medalı, ABŞ-da Kreativ yazıçıların Nyu-York promokşn layihəsinə seçilərək fərqlənmə sertifikatına layiq görülməsi. Ən böyük uğuru isə ötən il Rusiyada keçirilən LiFFt dünya ədəbiyyat festivalında 170 dünya yazıçısı arasında laureat adını qazanaraq qızıl medala layiq görülməsi olub...

…Ömür-gün yoldaşı Kəmalə xanım Sumqayıt Tibb Kollecində müəllim işləyir. İki oğlu, bir qızı var. Böyük oğlu Murad Bakı Dövlət Universitetini bitirib. İkinci oğlu Cavad isə orta məktəbdə oxuyur. Qızı İşıl xanım isə bu il birinci sinfi bitirəcək…

Deyir ki, Nobel mükafatının mayasını Azərbaycan neftindən əldə olunan gəlir təşkil edir. Ona görə də ən böyük arzusu bu halal mükafata layiq görülməkdir…


Səyahət etməyi çox xoşlayır. İndiyədək on səkkiz ölkədə səfərdə olub. Mütaliədən yorulmur. Anar, Elçin, Kamal Abdullanın yeni yazılarını mətbuatdan daim izləyir. Kitablarını ara-sıra oxuduğu müəlliflərdən Mübariz Örənin, Elçin Səfərlinin, Natiq Rəsulzadənin adlarını dilə gətirdi və daha çox dünya ədəbiyyatı ilə maraqlandığını söylədi. Con Maksvel Kutzee, Orxan Pamuk, Haruki Murakami, Milan Kundera əsərlərini sevə-sevə oxuduğu yazıçılardır. Qabriel Markes, Umberto Eko, Joze Saramaqo kimi müasir dünya ədəbiyyatının nəhənglərini mütaliə etməkdən isə usanmır…

Deyir ki,- "Nəzəriyyəni bilsə, amma istedadı yoxdursa və ya istedadı var, amma nəzəriyyəni bilmirsə, o kəsdən yazıçı olmaz. Yazıçı mütaliədən yorulmamalı, ədəbi prosesləri izləməli, ədəbiyyatşünaslığı dərindən bilməlidir"…


Bəli, hər bir insanın böyüyüb boya-başa çatdığı bir məhəllə olur. İlk addımını atdığı, birinci uğurunu tay-tuşları ilə bölüşdüyü, hara getsə, hansı zirvəyə ucalsa da heç zaman unuda bilməyəcəyi məhəllə. Və söhbətimin sonunda onu da deyim ki, biz eyni məhəllədə böyüyən tay-tuşları Varisə həmişə inanmışıq, güvənmişik. 1988-ci ildə məlum Sumqayıt hadisələrində özü hazırladığı üçrəngli bayrağımızı ilk dəfə onun əlində görmüşdüm. Ümidvaram ki, nə vaxtsa "Nobel" mükafatına layiq görülən ilk Azərbaycan yazıçısı da Varis Yolçuyev olacaq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04 Zakir Həsənov Ordumuzun genişmiqyaslı təlimlərini izlədi - VİDEO 18 Sentyabr 2019, 17:54 Fuad Muradov “Press klub”un ilk qonağı olacaq 18 Sentyabr 2019, 17:47 Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi 18 Sentyabr 2019, 17:42 Manatın məzənnəsi sabit qaldı 18 Sentyabr 2019, 17:32 “Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA 18 Sentyabr 2019, 17:07 “Çaylarda zərərli maddələrin miqdarı normadan artıqdı” 18 Sentyabr 2019, 17:03 Güləşçimiz 2-ci dəfə dünya çempionu oldu 18 Sentyabr 2019, 16:43 Nazirlik: 250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb   18 Sentyabr 2019, 16:40 “Restoranlarda qiymətlər od tutub yanır” – Araz Əlizadə 18 Sentyabr 2019, 16:34 Xalq artisti Murad Dadaşovun NƏZƏRİNƏ 18 Sentyabr 2019, 16:24 İcra Hakimiyyəti TƏSDİQLƏDİ: 16 yaşlı qızı evlənmək üçün qaçırıblar 18 Sentyabr 2019, 16:18 Deputatdan məktəbli uşaqları olan aztəminatlı ailələrlə bağlı TƏKLİF 18 Sentyabr 2019, 16:15 Azərbaycanda 6 500-ə yaxın əcnəbi tələbə təhsil alır 18 Sentyabr 2019, 16:11 Erməni fitnəsi, Stalinin əmri - Üzeyir bəyin sənədi necə saxtalaşdırıldı... 18 Sentyabr 2019, 15:58 Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə - FOTO 18 Sentyabr 2019, 15:52 Deputatların pensiyaları da artacaq 18 Sentyabr 2019, 15:43 AzTV-nin yeni loqosuna FƏRQLİ BAXIŞ - Tənqid də var, təqdir də… 18 Sentyabr 2019, 15:11 Bakı metrosunda sərnişinlər üçün canlı musiqi təqdim olunub 18 Sentyabr 2019, 15:09 Peşə məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ 18 Sentyabr 2019, 14:56 Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib 18 Sentyabr 2019, 14:52 İsa Qəmbər Müsavat başqanlığına qayıdır? - Partiyadan AÇIQLAMA 18 Sentyabr 2019, 14:51 Mərdəkan Müalicə Pansionatının təmiri ilin sonuna qədər yekunlaşacaq 18 Sentyabr 2019, 14:43