Modern.az

“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz

“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz

12 May 2019, 22:26

Gürcülərin David Qareci adlandırdıqları  Keşikçidağ məbədi (el arasında  Qaraca məbədi adlandırılır) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonuərazisində yerləşir.

 

Abidənin memarlıq quruluşu eləcədə daxili və xarici interyerindəki  ornamental görüntülər abidənin Alban dövrü memarlığının unikal nümunələrindən biri olmasını təsdiq edir. Keşikçi məbədinin mənşəyinə dair məlumatlarda  Azərbaycan mənbələrinə görə haqlı olaraq Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aid  olduğu iddia edilir

Antik dövrlərdə və erkən orta əsrlərdə indiki Azərbaycanın bütün bölgələri Qarabağda daxil olmaqla Azərbaycan Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olub (e.ə. IV – eramızın VII əsri). Məhz bu dövrlərdə memarlıq sənəti bu ərazilərdə çox yüksək səviyyədə və böyük sürətlə inkişaf edib.

Alban dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra, bu din Alban dövləti mövcudluğunun bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olub. Təsadüfi deyildir ki, Alban dövrü, dinc yanaşı yaşayan alban və türk tayfalarının öz bədii yaradıcılıqlarında da qarşılıqlı şəkildə bir-birinin mədəni irsindən bəhrələnmələri hələ o dövrdən Azərbaycanda multikulturalizmin mövcudluğundan xəbər verir. Odur ki, elmi ədəbiyyatlarda hərdən Qafqaz Albaniyası dövrü memarlıq abidələrinin alban–türk memarlıq abidələri kimi də qeyd olunması təsadüf sayılmamalıdır. Çünki bu abidələr üzərində varislik yalnız azərbaycanlılara məxsusdur.

 

 Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcədə süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, Alban dövləti tərkibində türkdilli tayfaların çox olması ilə əlaqədardır. Bu isə birmənalı olaraq bəzi şovinist xristianları (ermənilər və gürcülər) Cənubi Qafqazda tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını yəni bu abidələr üzərində azərbaycanlıların varisliyini qəbul etmirlər. 

Cənubi Qafqazda Alban dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə, rusiyanın görkəmli Qafqazşünas tarixçi alimi Y.İ.Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmayıb. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.

 Bu  baxımdan son zamanlar Keşikçidağ məbədi ətrafında düşünülmüş şəkildə yaradılan ajiotaj, tərəfimizdən Gürcüstanın Azərbaycan Dövlətinə qarşı uğursuz təziq vasitəsi kimi başa düşülür və ərazi  iddiası anlamı kimi qəbul edilir. Gürcüstan Azərbaycanın strateji  tərəftaşıdır, o yaxın qonşuluq, dostluq prinsiplərinə sadiq qalmaq əvəzinə,  hansısa  qrumların və ya dövlətlərin təhriki ilə Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirir. Gürcüstanın yüksək dairələrində çox gözəl anlayırlarki, yaxın keçmişdə rusiyanın istilasından sonra Azərbaycanın dəstəyi olmasaydı Gürcüstan çoxdan kiçik hissəciklərə parçalanacaqdı.

 

 

Gürcüstan məhz Azərbaycanın təşəbbüsü ilə bir qara quruş xərcləmədən nüfuzlu Beynəlxalq layihələrdə pay sahibi oldu. Əhalisinin maddi təminatı Azərbaycanın yardımları hesabına təmin edildi. Bütün bunlara rəğmən Gürcüstanda Azərbaycan xalqının düşmənlərinə heykəl qoyulması, yüksək çinli məmurlar tərəfindən gürcüstanlı azərbaycanlıların aşağılanması və nəhayət Keşikçidağ məbədi ətrafında qəsdən yaradılan qalmaqal Azərbaycan Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edir. 

 

Keşikçidağ məbədi, Azərbaycan tarixçilərinə görə gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlayıb. Daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşüb. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilib və bu məbəd də o dövrdə tərk edilib. Aparılan tədqiqatlar göstərir ki, məbədin divarlarına çəkilən şəkillər və gürcü dilində olan yazılar abidə inşa edildikdən xeyli sonralar yazılıb.

 Sovetlər dövrü gürcülər bu abidənin nəinki kimə məxsusluğu barədə maraqlanmır, heç  ziyarət etməyi belə unutmuşdular. İndi birdən birə bu məsələnin ortaya atılmağı gürcüşovnizmindən başqa bir şey deyildir. Gürcüstanrəhbərliyi anlamalıdırlar ki Rusiyaya hədiyyə etdikləri əraziləri Azərbaycanın hesabına kompensasiya edə bilməyəcəklər. Azərbaycan onlara öz ərazisini güzəşt etməyəcəkdir.

 

 

Keşikçidağ məsələsi Azərbaycan və Gürcüstan arasında sərhədlərin dermitasiyası zamanı çözüləcək hüquqi prosesdir. Bu məsələnin həlli iki dövlət arasında sərhədlərin dermitasiyasını həyata keçirmək üçün yaradılan dövlətlərarası Komissiyanın fəaliyyətindən asılıdır. Bütün bunları bilə-bilə Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycanla sərhədlərin mümkün qədər tez delimitasiya olunmasına çağırışı, ölkə başçısına yaraşmayan hərəkətdir. Cənab S.Zurabişvili anlamalıdırki onun bu çağırışı iki ölkə arasındakı münasibətlərə xələl gətirir. 

Gürcüstanın keçmiş müdafiə naziri Okurasvili, Gürcüstanın Leyborist Partiyasının sədri, deputat Şalva Natelaşvili  Azərbaycan əleyhinə sərsəm açıqlamalarla ilə gündəmə gəlmək istəkləri Gürcüstan elitası üçün zərərli vərdişdir. Azərbaycan Gürcüstana etdiyi yardımları dayandırsa cənab S.Zurabişvili dilənməyə “dost” qapısı axtaracaq.

Faiq İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır