Modern.az

Xoca Əhməd Yəsəvinin həyatı - III YAZI

Xoca Əhməd Yəsəvinin həyatı - III YAZI

13 May 2019, 11:37

 

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor


Müqayisə  üçün  qeyd  edək  ki,   Şərq  ədəbiyyatının məşhur nümunələrindən biri olan “Qabusnamə”də oxuyuruq: “Adam otuz dörd yaşına qədər hər gün boyca və qüvvətcə artar, otuz dörddən qırx yaşa qədər olduğu kimi qalar, artıb əskilməz (Günəş də zirvəyə çatdıqda batana qədər yavaş hərəkət edir), qırxdan əlliyə qədər hər il keçmiş ilə nisbətən özündə daha çox zəiflik hiss edər, əllidən altmışa qədər hər ay keçmiş  aylara  nisbətən  daha  çox  zəifləməyə  başlar, altmışdan yetmişə qədər hər həftə keçən həftəyə nisbətən daha çox gücdən düşər, yetmişdən həştada qədər hər gün özünü dünənə nisbətən daha pis hiss edər. Əgər həştaddan çox yaşasa, saatbasaat dərdi və əziyyəti artar”. (Qabusnamə. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1989, s. 61).


Yusif Balasaqunlu əlli, altmış yaş və qırxdan sonra bitən gəncliklə qocalığın rəqabəti barəsində yazır:

 

Əlli yaşım mənə əlini vurdu,

Quzğun tük başı qu çevirdi.

Altmış yaşım indi mənəgəldeyir,

Əcəl pusqusuna düşməsəm, indi oraya gedəcəyəm.

 

Kimin yaşı altmışa çatsa,

yanın da getdi, yayı qış oldu.

Otuz yaşın yığdığını əlli geriyə aldı,

Bəs altmış əllini vursa, edəcəyəm?

Ey əlli, mən sənə etmişdim ki,

qarşı be kinlisən?

Gənclikdə hər işdən bir ləzzət alırdım,

İndi isə yemək mənə zəhər olub.

 

Bədənim ox, könlüm yay kimi idi,

İndi bədənim yaydır, könlümü ox etməliyəm.

 

Gənclik mənim üçün yığmışdısa, qocalıq aldı,

Gözlə, o sənə gəlib çatacaq.

 

Zövq getdi, könlümün atəşi söndü,

Gənclik adı artıq məndən uzaq oldu.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 41-42).

 


Həm Yusif Balasaqunlunun “Qutadqu biliy”ində, həm də “Qabusnamə”də qırx yaş gəncliyin bitdiyi yaşdır, bu yaşdan o yana artım olmur, əksinə, sanki zirvədən geriyə doğru bir eniş başlanır. Bu barədə “Qabusnamə”də oxuyuruq: “Nərdivanın pilləsi qırx olduğu kimi, ömrün də həddi qırx ildir, pilləkənin kəlləsində yuxarıya yol tapa bilmədiyin üçün qalxdığın yolla yenə də aşağı enməyə məcbur olacaqsan”. (Qabusnamə. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1989, s. 61).


“Qabusnamə”də qocalıq düşmən hesab olunur. “Qabusnamə”nin müəllifi (Əmir Ünsürülməali Keykavus ibn İsgəndər ibn Vəşmgir ibn Ziyar) öz oğluna öyüd, nəsihət edərkən qocalıqdan - düşməndən şikayət etmiş və nəzmlə belə demişdir:

 

Ondan şikayət etsəm, təəccüblənmə məndən,

O mənim düşmənimdir, giley olar düşməndən!

 


“Qabusnamə”nin  müəllifi  öz  oğlunu  ən  yaxın  dost hesab edərək qocalıqdan - düşməndən ona şikayət etmişdir. Düşməndən dosta şikayəti isə məqbul saymışdır və demişdir ki, sən də bu şikayəti öz övladına edəcəksən. Bu barədə iki beytinin olduğunu da söyləmişdir:

 

Qocalıqdan, ah, kimə edim şikayət?

Sənsən dərman bu dərdə, digəri yoxdur.

Ey qoca, gəl, dərdimi söyləyim sənə,

Cavanların bu dərddən xəbəri yoxdur.

 


“Qabusnamə”nin müəllifinin fikrincə, “qocalığın iztirabını qocalardan başqa heç kəs başa düşməz”. (Qabusnamə. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1989, s. 62). “Qutadqu biliy”in müəllifi öz qocalığını bəyan edən zaman öz rəbbindən möhlət istəyir və qocalığının qarşısında aciz olduğunu bildirir, rəbbinin əbədi və ölümsüzlüyünü, onun yaratdığı saysız - hesabsız canlını ölüm üçün yaratdığını söyləyir:

 

Ey əbədi, ölümsüz rəbbim,

Bu saysız-hesabsız canlını ölüm üçün yaratdın.

İndi sənə dua edir yalvarıram:

Məni bir qədər yaşat, ömrümü uzat.

 

Ey ilahi, sən bu acizliyimi bilirsən,

Hər çətinlik muşkülümü mən sənə açıram.

Bunlardan heç birinin şükrünü sənə qaytara bilmərəm,

Mənim əvəzimdən özün özünə şükr et.


(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 42, 43).

 


“Qutadqu bilik”dəki bəzi beytləri qeyd etməklə türkün idrak sahiblərinin ortaq düşüncə tərzini görmək olur. Məsələn, aşağıdakı beytlərə diqqət yetirək:

 

Sevimli peyğəmbərin yolu məni düz yola çəkmişdir,

O rəsul mənim şəfaətçim olsun.

 

Mənim bu canımı təndən çıxararkən

Nəfəsimi kəlimeyi-şəhadətlə kəs.

Qara yer altında yalnız qalanda da

Sonsuz rəhtini məndən əsir.

 

Asi bir qulunam, günahım çoxdur,

Ey əziz olan, məni öz fəzlinlə bağışla.


(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 42, 43).


Məhəmməd Peyğəmbərin yoluna sədaqətli olmaq, onun dininə əməl etmək, orta əsrin idrak sahiblərinin həyat və fəaliyyətində ortaq düşüncə mövqeyi kimi götürülə bilər. Və bunu idrak sahibləri tərəfindən eyni şəkildə qavranılması və dərki kimi qəbul etmək olar. Məhz Əhməd Yəsəvidə də Məhəmməd Peyğəmbərin yoluna sadiqlik, İslam dininin bütün dərinliklərini mənimsəmək, sufiliyin bütün incəliklərinə bələd olmaq, hətta 63 yaşında torpağın altına girmək - bütün bunların hamısı türkün idrak sahiblərinin hər biri üçün ortaq olan düşüncədən və mövqedən başqa bir şey deyildir.


Şərqin və türkün idrak sahibləri qocalığı böyük təcrübə, dünyagörüş, həyatı dərk edən ağıllı müdrik kimi qiymətləndirmişlər. Yenə də “Qabusnamə”nin müəllifinin öz oğluna öyüd, nəsihət kimi danışdığı hekayətin məzmunu qocalıq barəsində deyilənləri təsdiq edir. Hekayətin məzmununu “Qabusnamə”nin müəllifi belə danışır.  Onun  atasının  (“Qabusnamə”nin  müəllifinin)  haciblərindən birinin adını Kamil hacib deyə çağırarmışlar. Kamil hacib səksəni keçmiş bir qoca imiş. O, özü üçün at almaq istəyirmiş. Mehtəri ona bir cins at gətirir. Atın görkəmi, rəngi gözəl imiş. Atın görkəmi, əl-ayaq, rəngi, köklüyü onun xoşuna gəlsə də, lakin hacib atın dişlərinə baxdıqda bilir ki, at qocadır. Ona görə də bu atın əvəzinə başqa birisini alır. Həmin atı isə cavan bir adam alır. Hacibin zahiri gözəlliyi olan bu atı almadığını soruşduqda isə deyir ki, mən qoca atı alsam, mənim üçün üzrlü sayıla bilməz. Çünki mənim qocalığın əzab və əziyyətindən xəbərim vardır. Ancaq cavan adam zahirən gözəl olan belə bir ata vurula bilər. Ona görə ki, cavan adamın qocalıqdan xəbəri yoxdur. (bax: Qabusnamə. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1989, s. 62).


Əlbəttə, cavanlıqda bir enerji, hərəkət, dəli-doluluq olsa da, qocalıqda bunlar yoxdur. Qocalıqda isə dünyagörüş, təcrübə, həyatı dərketmə, müdriklik və s. var. Bu mənada Oğuz babalarımızın “Ulu gözüylə qız al, ərgən gözüylə at al” atalar sözü təsadüfi deyilməmişdir.


Şərq və türk fəlsəfəsində dünya fanidir. “Kitabi-Dədə Qorqud”da deyildiyi kimi: “Qanı dediyim bəy ərənlər, Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya  yenə  qaldı.  Gəlimli  -  gedimli  dünya,  son  ucu ölümlü dünya”. Yaxud: “Dönə-dönə savaşayın, dönə-dönə çəkişəyin; Bəri gəlin, qırx yoldaşım, sizə qurban olsun mənim başım; Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı?” Oğuz babalarımızın dediyi kimi: “Ölüm haqq işidir”.  Aşıq  yarıdıcılığında  deyildiyi  kimi:  “Ölüm  haqdır çıxmaq olmaz əmrdən”. Əhməd Yəsəvinin hikmətlərinin birində olduğu kimi:

 

Bende niçe yaş yaşasa ölmeki bar

Körer közge bir kün tofrak tolmakı bar

Bu dünyada sefer kılğan kilmeki bar

Ahiretka sefer kılğan kilmes irmiş

 

 

Türkiyə türkcəsinə tərcüməsi:


Bende
nice yaş yaşasa, ölmesi var;

Gören göze bir gün toprak dolması var;

Bu dünyaya sefer kılanın gelmesi var;

Ahirete sefer kılan gelmez imiş.

 


Şərq-islam fəlsəfəsi bir-biri ilə sintez olunmuş fəlsəfədir. Bu cür sintez türk və şərq aləmində həyata, məişətə, dünyagörüşə də aiddir. Yeri gəlmişkən onu da qeyd edək ki, Əhməd Yəsəvinin ərəb, fars, təbii ki, türk dillərini bilməsi, türkə, şərqə aid olan bütün incəliklərə, dərinliklərə bələd olması onun dünyagörüşündə türkə və şərqə aid bütün dəyərləri sintez edə bilmişdir. Odur ki, o, türk və şərq adamı kimi düşünmüş, dini, mədəni-mənəvi dəyərləri  fəaliyyətinə  və  əməlinə  çevirə  bilmişdir.  Bir sözlə, Əhməd Yəsəvi türkün və şərqin ən böyük şəxsiyyətlərindən biri kimi özünü təsdiq edə bilmişdir. O, həm türk dünyasından, həm də şərq aləmindən dərin məlumata malik olmuşdur. Ona görə də türk və şərq təcrübəsini sintez edərək fikirlərini hikmətə çevirə bilmişdir. Bunun bir səbəbi onun istedadı ilə, digər səbəbi türk və şərq aləmi ilə əlaqəli bilgi sahibi, idrak sahibi, kamil insan olması ilə bağlıdır.


Əhməd  Yəsəvi  63  yaşına  qədərki  həyatını  yazdığı hikmətlərdə verməsi orijinallığı ilə fərqlənir. Orijinallıq ondan ibarətdir ki, o, yaşının 63 illik hikmətini nəzmlə yarada bilmişdir. Hər bir nəzm parçasında isə dərin həyat fəlsəfəsi vardır. Həm də bu hikmətlər Əhməd Yəsəvinin həyatı ilə bağlı məlumatlar verir.


Əhməd Yəsəvi həyatı ilə bağlı hikmətlərinin birində yazır ki, Həzrəti - Peyğəmbərdən dörd yüz il sonra zühur etmişdir.


Tört
yüz yıldın kiyin çıkıp ümmet bolğay

Niçe yıllar yörüp halkka yol körgüzgey

(Yüz) on tört ming müctehidler hizmet kılğay

Ol sebebdin altmış üçde kirdim yirge

 

Türkiyə türkcəsinə tərcüməsi:


Dört
yüz yıldan sonra çıkıp immet olacak;

Nice yıllar dolaşıp halka yol gösterecek;

Yüz on dört bin müctehit hizmet kılacak;

O sebepten altmış üçte girdim yere.

 


Bir yaşında ruhlar ona qismət, pay verir. İki yaşında peyğəmbərlər gəlib onu görür, üç yaşında Qırqlar halını sorur. O yazır:


Bir
yaşımda ervah manğa ülüş birdi

İki yaşta peyğamberler kilip kördi

Üç yaşımda Çil-ten kilip halım sordu

Ol sebebdin altmış üçde kirdim yirge.

 

Türkiyə türkcəsinə tərcüməsi:


Bir
yaşımda ruhlar bana nasip verdi;

İki yaşta peygamberler gelip gördü;

Üç yaşımda Kırklar gelip halimi sordu;

O sebepten altmış üçte girdim yere.

 


Dörd yaşında Həzrəti Peyğəmbərin ona xurma verdiyi, neçə-neçə yol azmışlara yol göstərdiyi, Həzrəti-Xızırla yoldaş, həmrəy olduğu, beş yaşında gecə-gündüz Allahı xatırlamaqla, anmaqla məşğul olduğu və oruc tutmağa adət etdiyi, altı yaşında xalqdan uzaqlaşaraq göyə yüksəldiyi və mələklərdən dərs öyrəndiyi, yeddi yaşında Arslan Babanın müridi olduğu, səkkiz yaşında ona səkkiz yerdən yol açıldığı, hikmət söyləməyə başlaması və ilahi eşqin mürşidinin ona eşq şərabını içirtməsi (burada ilahi eşqi nəzərdə tutur), doqquz yaşında doğru yolu tapmadığı və ona görə də insanlardan qaçıb uzaqlaşdığını, on yaşında ibadət etmədən xocalığa başladığını bəyan edir. O yazır:

Tört yaşımda hak Mustafa birdi hurma

Yol körsettim yolğa kirdi niçe gümrah

Kayda barsam Hızır Babam manga hemrah

Ol sebebdin altmış üçde kirdim yirge

 

Türkiyə türkcəsinə tərcüməsi:

Dört yaşımda hak Mustafa hurma verdi;

Yol gösterdim, nice şaşkın yola girdi;

Nere varsam Hızır Babam yoldaş oldu;

O sebepten altmış üçte girdim yere.

 

Biş yaşımda bilim bağlap taat kıldım

Tatavvu [la] ruze tutup adet kıldım

Kiçe kündüz zikrin aytıp rahat kıldım

Ol sebebdin altmış üçte kirdim yirge

 

Türkiyə türkcəsinə tərcüməsi:

Beş yaşımda tabi olup taat kıldım;

Baş eğerek oruç tutmayı adet kıldım;

Gecə gündüz zikrederek  rahat kıldım;

O sebepten altmış üçte girdim yere.

 

Al yaşda turmay kaçtım halayıkdın

Kökke çıkıp ders ögrendim melayikdin

Damen kisip heme ehl ü alayıkdın

Ol sebebdin altmış üç kirdim yirge

 

Türkiyə türkcəsinə tərcüməsi:

Al yaşta durmadan kaçtım insanlardan;

Göge çıkıp ders ögrendim meleklerden;

 

İlgiyi kesip hep tanıdık ve bağlardan;

O sebepten altmış üçte girdim yere.

 

Yitti yaşda Arslan Babam izlep taptı

Her sır rüp perde birle küp yap

Bihamdillah kördüm didi izim öpti

Ol sebebdin altmış üçde kirdim yirge.

 

Türkiyə türkcəsinə tərcüməsi:

Yedi yaşta Arslan Babam arayıp buldu;

Gördügü her sırrı perde ile sarıp örttü;

Allaha hamd olsun, gördümdedi, izim öptü;

O sebepten altmış üçte girdim yere.

 

Sikizimde sikiz yandın yol açıldı

Hikmet ayt dip başlarımğa nur saçıldı

Bihamdillah pır-i muğan mey içürdi

Ol sebebdin altmış üçde kirdim yirge.

 

Türkiyə türkcəsinə tərcüməsi:

Sekizimde sekiz yandan yol açıldı;

Hikmet söyle!” dendi, başıma nur saçıl;

Allaha hamd olsun, pir-i muğan mey içirdi;

Ol sebebdin altmış üçte girdim yere.

 

Tokuzumda tolğanmadım toğrı yolğa

Teberrük dip alıp yördi koldın kolğa

Kıvanmadım bu sözlerge kaçtım çölge

Ol sebebdin altmış üçde kirdim yirge.

 

Türkiyə türkcəsinə tərcüməsi:

Dokuzumda dolanmadım doğru yola;

Teberrük diyip alıp yürüdü elden ele;

İnanmadım bu sözlere kaçtım çöle;

Ol sebebten altmış üçte girdim yere.

 

On yaşında oğlan boldung Kul Hace Ahmed

Hacelikke bina koyup kılmay taat

Hace min dip yolda kalsang vay ne hasret

Ol sebebdin altmış üçde kirdim yirge.

 

Türkiyə türkcəsinə tərcüməsi:

On yaşında oğul oldun Kul Hace Ahmed;

Haceliğe bina koydun, kılmadan taat;

Haceyim, diyip yolda kalsan, vay ne hasret;

Ol sebebten altmış üçte girdim yere.

 

Davamı var...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır