Modern.az

ABŞ-la İran müharibə HƏDDİNDƏ: “Azərbaycan müxtəlif ssenarilərə hazır olmalıdır”

ABŞ-la İran müharibə HƏDDİNDƏ: “Azərbaycan müxtəlif ssenarilərə hazır olmalıdır”

Aktual

13 May 2019, 11:48

 

ABŞ iran münasibətləri getdikcə gərginləşir.  Sanksiyaların, təzyiqlərin artması İranı getdikcə çətin vəziyyətə salır.

ABŞ  hərbi gəmilərini artıq Fars körfəzinə göndərib.

Münasibətlərin gərginləşməsi regiona da təsirsiz olmayacaq. Azərbaycanın İranla həm qonşudur, həm də bir çox sahələrdə əməkdaşlıq edir. Bəs görəsən günü-gündən pisləşən ABŞ-İran münasibətləti Azərbaycana necə təsir edəcək?

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Vaşinqton üçün İran Şimali Koreyanın nüvə silahından qurtulmaqdan, Suriyada hərbi varlığı qorumaqdan və Venesuellada çevrilişin həyata keçirilməsindən ön plana keçərək başlıca mövzuya çevrilib.

 

“Misal üçün ABŞ dövlət katibi Mayk Pompeo həftə ərzində İran mövzusuna görə iki səfərini təxirə salıb. Birinci dəfə o Berlinə getməliydi, ancaq o bu səfəri son anda arxa plana ataraq İranı müzakirə etmək üçün İraqa getdi. Səfərin təxirə salınması Berlini ciddi narahat etdi, hətta Almaniya mətbuatında belə başlıqlar atıldı ki, artıq “Amerika Almaniyanın müttəfiqi deyil, Vaşinqton bizi saymır”. Və ya bu gün Pompeo Soçiyə getməli, rusiyalı həmkarı Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə görüşməli idi. Səfər yenə son anda təxirə salındı, Pompeo İranı müzakirə etmək üçün Brüsselə getdi”.

 

E.Şahinoğlu deyib ki, Amerikanın İranı təhdid etməsi, sanksiyaları sərtləşdirməsi və Hörmüz boğazına hərbi təyyarələr daşıyan gəmisini göndərməsi bölgədə vəziyyəti getdikcə gərginləşdirir, Rusiya da narahat olmağa başlayıb.

“Təsəvvür edin ki, Rusiyanın tanınmış şovinist siyasətçisi Vladimir Jirinovski dünən Rusiyanın televiziya kanalında Ukrayna mövzusundakı proqramda diqqəti İrana yönətlməyi bu ifadəylə təklif etdi: “Ukrayna aktual deyil, İrana diqqət yetirək. Amerika İranı dağıtmağa hazırlaşır, böyük qaçqın axını ilə üzləşəcəyik. Müharibə Qafqazı, o cümlədən Azərbaycanı, Ermənistanı və Gürcüstanı dağıdacaq, biz Qafqazla sərhəddi bağlamalıyıq”. Əlbəttə, bunu xəstə təxəyyülün məhsulu kimi də qiymətləndirə bilərik. Ancaq o da həqiqətdir ki, İran ətrafında halqa daralır, ABŞ-İsrail planı nədirsə bölgəyə yaxşı heç nə vəd etmir”.

 

Politoloq bildirib ki, Azərbaycan müxtəlif ssenarilərə hazır olmalıdır.

 

“İranı vurmaq və ya sıxışdırmaq istəyənlər Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almırlar”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!