Modern.az

Koçaryanın oğlu ƏSƏBLƏŞDİ: “Göstərin, hardadı bizim milyardlarımız?”

Koçaryanın oğlu ƏSƏBLƏŞDİ: “Göstərin, hardadı bizim milyardlarımız?”

13 May 2019, 15:20

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu mətbuat konfransı keçirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, atasına qarşı ittihamları əsassız adlandırıb. Levon Koçaryanın fikrincə, Paşinyan hakimiyyəti onun atrasından 2008-ci ildəki məğlubiyyətə görə qisas alır.

“Mən atamla razıyam və ittihamların əsassız olduğuna əminəm. İttihamlar konkret şəxsi qisasdır. Bunu həm atam, həm də vəkillər deyir. Və bizim haqlı olduğumuzu sübut edən çoxsaylı faktlar var”-deyə keçmiş prezidentin oğlu bildirib.

 

O, ailəsinin malik olduğu sərvət barədə də danışıb.


“Bizim 4 milyard dollar sərvətimiz barədə yazırlar. Siz bunun nə qədər böyük məbləğ olduğunu bilirsiniz? Bu qədər pulu gizlətmək asandır? Atama qarşı cinayət işi 1 ildir açılıb. Onlar ilişmək üçün  ən xırda məsələri də axtarırlar. Amma cəhdləri alınmayıb”.

 

Milyonçu olduğunu etiraf edən Koçaryan Yerevanın mərkəzində yerləşən “Konqres” mehmanxanasını 2000-ci illərdə bizneslə məşğul olduqları zaman aldıqlarını deyib.   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir