Modern.az

Səhiyyə komitəsində yeni qanun layihəsi: “Uzun illər gecikməsinin səbəbi vardı”

Səhiyyə komitəsində yeni qanun layihəsi: “Uzun illər gecikməsinin səbəbi vardı”

14 May 2019, 08:28

“Milli Məclisin Səhiyyə komitəsində pasiyentlərin hüquqlarının qorunması ilə bağlı qanun hazırlayırıq. Bunun üzərində iş gedir. Yaxın vaxtlarda bu qanun layihəsi Milli Məclisdə dinləmələrə çıxarılacaq”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri  Əhliman Əmiraslanov deyib.


Komitə sədri bildirib ki, bu qanunun uzun illər gecikməsinin səbəbi vardı:

“Bu da İcbari Tibbi Sığorta sisteminin həyata keçirilməməsi ilə bağlıdır. Bildiyiniz kimi,  2020-ci ildən ölkəmizdə İcbari Tibbi Sığorta sisteminə keçiləcək. Məhz, “İcbari Tibbi Sığorta haqqında” qanunda çox geniş dəyişiklik etdik. Bu, 20 il bundan qabaq qəbul olunmuş qanundur”.


Komitə sədri pasiyentlərin hüquqlarından danışarkən tibb işçilərinin də hüquqlarının vacibliyini vurğulayıb:


“Hesab edirəm ki, “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsi mütləq qəbul olunmalıdır. Ancaq burada bir məsələ var. “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsini qəbul edərkən, tibb işçiləri haqqında da fikirləşməliyik. Ola bilsin ki, bu “Pasiyentlərin hüquqları haqqında”, ya da “Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsi olsun. Əvvəllər təkcə “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsinin qəbulu  nəzərdə tutulmuşdu. Ona görə də hazırda “Pasiyentlərin və tibb işçilərinin hüquqlarının qorunması haqqında” qanun layihəsi  müzakirə olunur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır