Modern.az

DİQQƏT: Təhlükə var – telefonlarımızı dinləyirlər

DİQQƏT: Təhlükə var – telefonlarımızı dinləyirlər

Hadisə

15 May 2019, 08:58

Kinolarda kiminsə izinə düşmək və ya ələ keçirmək üçün keçirilən əməliyyat tədbirlərini çoxumuz görmüşük. Bu əməliyyat tədbirlərinin içərisində şübhəlinin ya da cinayətkarın telefonunun dinlənilməsi də daxildir.

 

Lakin bu hal təkcə kinolarda olmur, real həyatda da baş verir. Əgər qarşı tərəfin, hansısa bir qrupun hədəfinə gəlmişiksə, bizim də telefonlarımız asanlıqla dinlənilə bilər.

 

Özü də hər hansı bir cinayət etməsək belə, yenə də telefon danışıqlarımız, yazışmalarımız kiminsə əlinə keçə bilər.

 

Hakerlər təzəlikcə WhatsApp xidmətindəki bir qüsurdan yararlanaraq telefonlara və digər cihazlara casus proqramı yerləşdirə biliblər. Bu açıqlamanı Facebook-a məxsus mesajlaşma əlavəsi mayın 13-də yayıb.

Virusun “seçilmiş” istifadəçiləri hədəfə aldığı, “qabaqcıl kiber oyunçu” tərəfindən istifadə olunduğu bildirilir. Proqram mobil cihazlara WhatsApp-in zəng xidməti funksiyası vasitəsilə yeridilib.

 

Son illər ağıllı telefonların bazara çıxarılması əsas işi texnologiya ilə  bağlı olan və bu texnikadan düzgün istifadə etməyi bacaran insanların işini daha  da asanlaşdırdı.

Lakin bütün bunlarla yanaşı, düzgün istifadə edilmədiyi halda  ağıllı telefonlar həm də şəxsi, gizli məlumatlarımızın deşifrə edilməməsi  baxımından olduqca təhlükəlidir.

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az saytına deyib ki, telefonların dinlənilməsi, yazışmaların izlənilməsi təhlükəsi var.

 

O bildirib ki, mobil telefonlarda internetdə müxtəlif tipli  proqramlar var və buna  buna “casus proqramlar” deyilir deyirik.

 

“Əgər hansısa kompüterdə və ya mobil telefonda olarsa o istifadəçinin yazışmalarını başqa bir yerə yönləndirə bilir.  Məsələn:  altda istifadəçi onu görmür. Yəni o yazışmaları hansısa bir email ünvanına yönəldə bilər. Eyni zamanda yəqin ki səsi də göndərə bilir”-deyə O.Gündüz qeyd edib. 

 

Ekspertin sözlərinə görə, bunlara “zərərli casus proqramları” deyilir. O.Gnüdüz təhlükəsizlik tədbirləri ilə bağlı da danışıb.

 

“İstifadəçi bu cür proqramları telefonlarına yaxud da kompüterlərinə yükləyəndə ehtiyatlı olmalıdır. Baxmalıdır ki, hansı funksiyanı yerinə yetirir, kim tərəfindən istehsal olunub. Bir qədər diqqətli olmalıdır, araşdırmalıdır. Ən çətin məqamda mütəxəssisə müraciət etməlidir. Hətta Google-a da müraciət edə bilər.Məsələn proqramla bağlı məlumat toplayarkən rəylərə də baxmalıdır ki burdakı rəylər necədir”.

 

Jalə MEHDİYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi