Modern.az

Nikola Sarkoziyə sürpriz rəqib

Nikola Sarkoziyə sürpriz rəqib

10 Yanvar 2012, 14:44

“Mancestr Yunayted” klubunun əfsanəvi futbolcusu Erik Kantona Fransada bu il keçiriləcək prezident seçkilərində namizədliyini verəcəyini açıqlayıb. Modern.az saytının “Hürriyət”  qəzetinə istinadən verdiyi xəbərə görə, Kantonanın namizədliyini verə bilməyi üçün fevral ayının sonuna qədər 500 bələdiyyə başçısının imzasını toplaması vacibdir.

Fransa bələdiyə rəhbərlərinə məktub göndərən 45 yaşlı Kontona gənc insanlara çox az imkanların verildiyini və sosial ədalətsizliyin çox olduğunu qeyd edib.

Prezidentliyə namizəd olanların sayı aprel ayında keçiriləcək ilk turdan sonra ikiyə düşəcək. İki namizəd arasındakı son seçkilər isə may ayında baş tutacaq. Seçkilərdə əsas mübarizənin hazırkı prezident Nikola Sarkozi və sosialist rəqibi Frankois Holland arasında olması gözlənilir. 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi