Modern.az

Almaniyanın federalizm sistemində islahatlar aparıla bilər

Almaniyanın federalizm sistemində islahatlar aparıla bilər

17 May 2019, 00:02

Xristian-demokrat (XDİ) fraksiyasının başçısı Ralf Brinkhaus AFR-in ali qanunvericilik orqanında – Bundestaqdakı çıxışında mərkəzlə federal əyalətlər arasında mövcud səlahiyyətlərin paylaşdırılması sisteminin yenidən dərk edilməsi təklifini irəli sürüb.

 

 

Siyasətçi bütün parlament fraksiyasının təklifini səsləndirib. O, əlavə edib ki, bu ideya əslində federalizm sistemində islahatlar aparılması deməkdir və əgər bu baş versə, onda ölkə tarixində sayca üçüncü belə islahatlar olacaq. Onun fikrincə, ilk növbədə, bütün ölkə ərazisində və federal əyalətlərdə maliyyələşdirilmə qaydalarının izah edilməsinə ehtiyac var.

 

Yerli KİV-lərin yaydığı məlumata görə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer müzakirələrdə iştirak edir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı