Modern.az

“Bakı Metropoliteni” 10 nəfərə bilet verəcək - Qeydiyyat üçün tələsin!

“Bakı Metropoliteni” 10 nəfərə bilet verəcək - Qeydiyyat üçün tələsin!

17 May 2019, 09:52

“Bakı Metropoliteni” QSC sərnişinlər üçün daha bir yeni sosialyönümlü layihəyə start verib. Mayın 25-də dünya şöhrətli bəstəkar və kamança ifaçısı Mark Eliyahu Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

Markın çıxışını canlı izləmək arzusunda olanların sayı həddindən artıq çoxdur və konsertə bilet tapmaq o qədər də asan deyil.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, “Bakı Metropoliteni” QSC-nin “United Cultures” və “124 Studios” ilə layihəsi məhz bu konsertlə bağlıdır.

Layihənin əsas məqsədi metro sərnişinləri arasından seçiləcək 10 nəfəri Mark Eliyahunun konsertinə biletlə təmin etməkdir.

Bunun üçün sadə bir qeydiyyat prosedurundan keçmək lazımdır: Siz ad, soyad və ata adınızı, doğum tarixinizi, telefon və metroda gediş kartının nömrəsini göstərirsiniz.

(qeydiyyat üçün keçid:

//www.124studios.az/markeliyahu?fbclid=IwAR0QtkW0Ju6u05SRYsGl8NU76OTBl6x-go84sJdYjUEuMDVpmI-F5ETI9jA)

Seçim “United Cultures” tərəfindən düzgünlüklə və qərəzsiz aparılacaq. Əgər Mark Eliyahunun konsertinə bileti artıq almısınızsa, yenə də bu aksiyada iştirak etməkdən yayınmayın.

Biletinizin nömrəsini xüsusi olaraq ayırılmış qrafada göstərməklə Mark Eliyahunun İstanbuldakı konsertinə bilet qazanmaq şansı əldə edirsiniz. Bu halda sizə təyyarə ilə İstanbula və geri uçmaq, oteldə yaşamaq imkanı və konsert bileti daxil olan paket təqdim olunacaq.

Onu da qeyd edək ki, may ayının 1-də “İçərişəhər” stansiyasında belçikalı saksafonçu Marselo Monkadanın keçirilən konsert proqramı da “United Cultures” ilə əməkdaşlıq çərçivəsində “İmagine” Avro Tolerantlıq Festivalının ilk tədbiri baş tutub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?