Modern.az

Hamilə qadın bıçaqlandı, bətnindəki uşaq öldü – Nazirlik məlumat yaydı

Hamilə qadın bıçaqlandı, bətnindəki uşaq öldü – Nazirlik məlumat yaydı

Aktual

17 May 2019, 10:41

Səhiyyə Nazirliyi mayın 16-da Abşeron rayonun Fatmayi kəndində hamilə qadının bıçaqlanması ilə bağlı məlumat yayıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 19 yaşlı Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb:

 

Ona bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Qadın 9 aylıq hamilə olub. Bətnindəki uşaq bıçaq zərbələrindən ölüb.

 

“Qadının vəziyyəti ağırdır”,-rəsmi məlumatda qeyd edilib.

 

Qeyd edək ki, hamilə qadının həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi