Modern.az

292 kq-dan 95 kiloyadək arıqlayan adam

292 kq-dan 95 kiloyadək arıqlayan adam

18 Dekabr 2009, 13:38

Köklükdən əziyyət çəkən amerikalı David Smit 2 ildə dieta və məşq proqramı vasitəsilə 292 kq-dan 95 kiloya enməyi bacarıb.

Bütün dünyanın maraq dairəsinə düşən  David Smitin kilo problemləri hələ uşaq yaşlarda başlayıbmış.

Qısa müddətdə pizza, hamburger, kola sevgisi səbəbiylə kökələn Smit 15 yaşında 133, 21 yaşında 234 kilo ağırlığa çatıb.

Getdikcə artan köklük səbəbiylə evdən çıxa bilməyən David Smit 292 kiloya çatanda, intihar etməyi düşünüb. Amma yoldaşlarının məsləhətilə bundan daşınaraq bir arıqlama klubuna getməyə başlayıb. Burada ona təklif edilən dieta və məşq proqramını tətbiq edən Smith getdikcə zəifləməyə başladığını görüb.

Beləcə son iki il içində o, 197 kilo ataraq çəkisini  95 kiloya endirə bilib. Daha sinra Smitin ən böyük problemi olan sallanan dəriləri cərrahı müdaxilələrlə götürülüb. O, indi evlənmək istəyir.

  

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir