Modern.az

Palata “Azərsığorta”nın fəaliyyətini məhdudlaşdır

Palata “Azərsığorta”nın fəaliyyətini məhdudlaşdırdı

17 May 2019, 11:40

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələrilə bağlı məlumat yayıb.

 

Palatadan Modern.az-a verilən məlumata görə, Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 17 may 2019-cu il tarixindən yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb:

“Mülki Məcəllənin, “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 16 may 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə Dövlət Sığorta Kommersiya Şirkəti”nə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 17 may 2019-cu il tarixindən yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb”.

 

Rəsmi məlumata görə, İdarə Heyətinin eyni tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Banluyev Ramid Xalıq oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?