Modern.az

Deputat: “Gəncənin siması müqayisəyə gəlməz dərəcədə dəyişib”

Deputat: “Gəncənin siması müqayisəyə gəlməz dərəcədə dəyişib”

17 May 2019, 11:49

Azərbaycan Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində Gəncənin siması müqayisəyə gəlməz dərəcədə dəyişib. Qədim şəhər nəinki Azərbaycanın bütövlükdə regionun müasir sənaye və turizm mərkəzinə çevrilib. Ölkə Başçımızın Gəncə ilə bağlı imzaladığı fərman və sərəncamlar, həyata keçirilən layihələr qədim şəhərin sosial-iqtisadi inkişafına uğurlu təkan verib”.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Naqif Həmzəyev açıqlama verib. Deputat Gəncədə görülən quruculuq işləri barədə geniş məlumat verib.

 

“Prezident İlham Əliyevin may ayının 16-da “Gəncə şəhəri ərazisində Gəncəçay çayı üzərində körpülərin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalaması, Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpasına 6,4 milyon manat ayrması ölkə Başçısının Gəncəyə və gəncəlilərə olan diqqət və qayğının növbəti təzahürüdür.

Dahi Nizami yurdunda nəhəng işlərin görülməsi, qədim diyarın sürətli sosial-iqtisadi inkişafı, başdan-başa abadlaşdırılması məhz Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin reallaşdırılması nəticəsində mümkün olub. Çox qısa bir zaman ərzində Gəncədə yollar genişləndirilib, asfalt örtüyü yenilənib, müasir işıqlandırma sistemi quraşdırılaraq şəhərin görkəminə ecazkarlıq qatıb, dam örtükləri dəyişdirilən çoxmərtəbəli binalar yeni görkəminə qovuşub. Bu işlərin davamı olaraq ölkə Başçısının xeyir-duası ilə qəzalı vəziyyətdə olan 5 körpünün bərpa edilməsini şəhər sakinləri böyük sevgi, rəğbətlə qarşılayıblar.

 

Hər zaman ulu öndər Heydər Əliyevə sıx bağlılığı, dərin sədaqəti ilə seçilən qədim Gəncə sakinləri ümummilli liderin yolunu uğurla davam etdirən, müasir Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərən Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti yekdilliklə dəstəklədiklərini bir daha ifadə ediblər. Qəzalı vəziyyətdə olan 5 körpünün bərpa edilməsi həm də əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılmasına və səhər sakinlərinin təhlükəsizliyinə xidmət edəcək”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər