Modern.az

Sabah 33 dərəcə isti olacaq - HAVA PROQNOZU

Sabah 33 dərəcə isti olacaq - HAVA PROQNOZU

Aktual

17 May 2019, 13:54

18 mayda gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 18-də hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 16-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz  24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.   

Azərbaycanın rayonlarında isə  havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14,  gündüz 18-23 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoz

Mayın 18-19-da Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür