Arxiv
17 May 2019, 14:19 | MƏDƏNİYYƏT
Nə yaxşı görüşdük, nə yaxşı yenə...

Mayın 16-da Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış şair, tərcüməçi, filologiya elmləri namizədi Ənvər Rzanın anadan olmasının 80 illiyinə həsr olunmuş “Nə yaxşı görüşdük, nə yaxşı yenə” adlı tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə tanınmış şairin ömür yoluna həsr olunmuş videoçarx nümayiş olunub.

 

Sonra İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun bu yubileyə ünvanladığı məktubu birliyin sədr müavini Həbib Misirov oxuyub.

 

Tədbirdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxış edərək tələbəlik yoldaşı Ənvər Rza ilə bağlı xatirələrini bölüşüb, onun gözəl şairlik qabiliyyəti ilə yanaşı, tərcüməçilik, alimlik fəaliyyətini diqqətə çatdırıb. Bildirilib ki, 48 il ömür yaşamasına baxmayaraq, o, zəngin yaradıcılığı ilə qəlblərdə daim yaşayacaq.

 

Tədbirdə həkim Əli İsmayılov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqaları çıxış edərək şairin həyat və yaradıcılığından söhbət açıblar. Bildirilib ki, Ənvər Rza bütün varlığı ilə Vətənə, yurda, insanlara bağlı olduğu kimi, gülə-çiçəyə, təbiətə ürəkdən bağlı idi. Onun ömrü çox insanlara örnək idi. O, qayğısını və köməyini heç kimdən əsirgəməz, adı gələndə, böyükdən-kiçiyə hamı ona məhəbbət bəsləyirdi.

 

Qeyd edilib ki, Ənvər Rzayev 1939-cu ildə Kəlbəcər rayonunun Aşağı Binə kəndində dünyaya gəlib. Uşaqlıq illəri Böyük Vətən müharibəsi dövrünə təsadüf edən Ənvər ailədə ən kiçik uşaq olub. Sağlığında iki, ölümündən sonra isə bir kitabı nəşr olunub. O, Şelli, Bayron, Lonq Sellon və Şeksprin bəzi əsərlərini orijinaldan dilimizə çevirib. Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şerini də ingilis dilinə məhz şair-tərcüməçi Ənvər Rza tərcümə edib. Ancaq təəssüf ki, amansız ölüm onu tez haqlayıb, 1987-ci ildə haqq dünyasına qovuşub.

 

Hamımızın illərlə sevə-sevə qulaq asdığımız “Elə baxma, gözlərinə göz dəyər” məşhur mahnının sözləri də məhz Ənvər Rzaya məxsusdur.

 

Vurğulanıb ki, Ənvər Rzanın hər hansı bir şerinə nəzər salsaq görərik ki, bir şair kimi hər cümləsinin, hər bir sözünün məsuliyyətini daşıyır, sanki, dahi bir rəssam kətan üzərində heyrətli bir əsər yaradıb. Onun şerlərində hər bir hadisəni qədərincə dərk edirsən.

 

Tədbirdə, həmçinin şairin şeirləri oxunub, sözlərinə yazılmış mahnılar səsləndirilib.

 

Sonda mərhum şairin oğlu Pərviz Rzayev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkəran çayından kişi meyiti tapılıb   17 İyun 2019, 11:07 Bədbəxt varislər - Bir ailənin FACİƏSİ 17 İyun 2019, 10:56 Astarada çətənə yetişdirən ailə saxlanıldı 17 İyun 2019, 10:52 Qaxda zəlzələ olub 17 İyun 2019, 10:33 Kanadada yaşayan azərbaycanlı rəssam:  “Yox cavabı alanda, deyirdilər, “heç olmasa, amerikalısan” - MÜSAHİBƏ 17 İyun 2019, 10:20 Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilib 17 İyun 2019, 10:02 Xalq şairinin yubiliyar qızı - Xatirə xanım 17 İyun 2019, 10:02 Ermənilər cəbhədə təxribatlara davam edir 17 İyun 2019, 10:00 40 gündə 93 ölüm - Rəis piyadaları İTTİHAM ETDİ 17 İyun 2019, 09:38 Qaxda kişi özünü bıçaqladı 17 İyun 2019, 09:23 Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI 17 İyun 2019, 09:04 Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım DEBATI - VİDEO 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23