Modern.az

Azərbaycanda könüllülük hərəkatında YENİLİK

Azərbaycanda könüllülük hərəkatında YENİLİK

Aktual

17 May 2019, 14:56

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzində “Gümüşü Könüllü” proqramına start verilib.

 

Modern.az xəbər verir ki, proqram pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzinin təmin olunmasına dəstək məqsədi daşıyır. Belə ki, proqram çərçivəsində yaşlı vətəndaşların 1 saylı DOST mərkəzində könüllü kimi fəaliyyətə cəlb edilmələrini nəzərdə tutur. Mərkəz gənclərlə yanaşı, yaşlı nəslin də könüllülük fəaliyyətinə imkan yaradır.

“Gümüşü Könüllü” proqramına qoşulmaq istəyən pensiyaçılar DOST mərkəzində (Yasamal r., İ.Qutqaşınlı küç. 86) müraciət formasını doldurmaqla və ya //bit.ly/2LGsf80 linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!