Modern.az

Yeni QHT yaradıldı - “Yaşıl Dünya”ya jurnalist rəhbərlik edəcək - FOTO

Yeni QHT yaradıldı - “Yaşıl Dünya”ya jurnalist rəhbərlik edəcək - FOTO

17 May 2019, 15:49

Azərbaycanda yeni qeyri-hökumət təşkilatı yaradılıb. Yeni təşkilat “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi adlanır.

Modern.az xəbər verir ki, bu barədə Bakının Xətai rayonunda yerləşən “İbn Sina” Təlim Tədris mərkəzində baş tutan toplantıda məlumat verilib. Toplantıda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov, “İbn Sina” Təlim Tədris mərkəzinin rəhbəri Əfqan İsmayılov, 117 saylı orta məktəbin müəllimi Kamal Hacıyev, “Cümhuriyət” qəzetinin redaktoru, jurnalist Elman Cəfərli, sahibkar Şamxal Muradov, Xətai rayonu N.Tusi küçəsinin sakinləri Mirəli Mirsucayev, Şahin İsayev və digər şəxslər iştirak edib.

Qeyd edək ki, ictimai birliyin sədri jurnalist Elman Cəfərlidir.

E.Cəfərli deyib ki, ictimai birliyin məqsədi Bakı şəhərində və ümumilikdə ölkə ərazisində ekoloji problemlərin öyrənilməsi, yaşıllıqların qorunmasında vətəndaş təşəbbüslərinə dəstək verilməsi, bəzi işbazların həyata keçirdiyi “yaşıl soyqırıma” qarşı ictimai müqavimətin təşkil edilməsidir. İctimai birlik ətraf mühitin qorunmasında tədqiqatların aparılmasına kömək edəcək, ekoloji problemlərin həlli sahəsində xarici ölkələrin müsbət təcrübəsini öyrənəcək, ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə təklif və dəstək verəcək.

Birlik aktual ekoloji problemlərlə bağlı ictimai müzakirələr təşkil edəcək, bu sahədə araşdırmalar aparacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür