Modern.az

 “Böyük İpək Yolu” 30 ölkənin nümayəndəsini Bakıya topladı - FOTOLAR  

 “Böyük İpək Yolu” 30 ölkənin nümayəndəsini Bakıya topladı - FOTOLAR  

17 May 2019, 16:50

“Böyük İpək Yolu”Beynəlxalq Gənclər İttifaqının baş məclisi keçiriləcək.

 

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən ittifaqa daxil olan 30 ölkədən 33 gənclər təşkilatı iştirak edir.

Çıxış edən "Böyük İpək Yolu" Gənclər İttifaqının baş katibi Aytən Əliyev deyib ki, tədbir təşkilat üçün çox əhəmiyyətlidir.

“Çünki təşkilatın əsas idarə heyəti yenidən seçiləcək. Təşkilatın 4 vitse prezidenti olacaq. Bunlar Asiya regionu, Avropa regionu, MDB regionu və MENA regionu sayılır. MENA regionu yaxın şərq və Şimali Afrika ölkələri üzrə vitse-prezidentlər olacaq. O da çox önəmlidir ki, həmin şəxslərin Azərbaycanla, eyni zamanda təşkilat üçün əməkdaşlıq üçün töhvə verəcək. Eyni bizdə Böyük İpək yolu üçün önəmli sayılan dövlətlər – Hindistandan, Çindən əməkdaşlarımız  tədbirdə iştirak edir. Onların da gələcək əməkdaşlıq üçün, birgə layihələr üçün maraqlı təklifləri var. Həmçinin təşkilatın 3 illik strateji planını müzakirə olunub və təstiq olunacaq”.

 

Qeyd olunub ki, ittifaq 2012-ci il 27-29 iyun tarixlərində keçirilən "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Konqresində təsis olunub. Təşkilar Böyük İpək Yolu üzərində fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətini koordinasiya edən, ümumi maraqlarını təmsil edən və qoruyan beynəlxalq qeyri-kommersiya təşkilatıdır. İttifaqın əsas məqsədi və fəaliyyət dairəsi mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq, eləcə də İpək Yolu ölkələri arasında davamlı inkişaf üçün gənclərin potensialından istifadə etməklə vahid platforma yaratmaqdadır.

Tədbir Azərbyacn Respublikası Gənclər Fondunun dəstəyi ilə təşkil olunacaq və iştirakçıları üçün xərclər və texniki (dəvətnamələr, viza yardımı, səyahət və yerləşdirmə və s.) “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Katibliyi tərəfindən təmin olunacaq.

İclasda Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Gənclər və İdman İdman NazirliyininGənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Prezident Administrasiyasının Gənclər və İdman Siyasəti şöbəsinin çəsləhətçisi Aydan Kərimli və yerli gənclər təşkilatlarının sədrləri iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər