Modern.az

Əfsanəvi qolkiper futboldan gedir

Əfsanəvi qolkiper futboldan gedir

17 May 2019, 17:56

Porto” klubunun qapıçısı İker Kasilyas mövsüm sonunda karyerasını bitirəcək.

Modern.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə 37 yaşlı ispan qolkiper qərar qəbul edib.. Kasilyas bir müddət əvvəl “Porto”nun məşqində infarkt keçirmiş və həkimlər onun karyerasını bitirməli olduğunu demişdi.

Peşəkar futbolçu karyerasına 1999-cu ildə “Real Madrid”də başlayan Kasilyas 16 il sonra Joze Maurinyoyla yaşadığı problemlərə görə klubundan ayrılmalı olub. O, 2015-ci ildən “Porto”nun şərəfini qoruyur.


Kasilyasın kubokları:

5 La Liqa

2 İspaniya Kuboku

4 İspaniya Super Kuboku

1 Portuqaliya Liqa Kuboku

3 Çempionlar Liqası

2 UEFA Super Kuboku

1 FİFA Dünya Klublar Kuboku

1 Dünya Kuboku

2 Avropa Çempionu


Qeyd edək ki, Kasilyas 167 dəfə də İspaniya millisinin formasını geyinib.


Novruz NOVRUZLU

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır