Modern.az

Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək  

Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək  

17 May 2019, 18:25

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin may ayının 24-də saat 11:00-da Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Şamaxı rayon Heydər Əliyev Mərkəzində (Şamaxı şəhəri, Heydər Əliyev prospekti 27A) Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

 

Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumata görə, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) İsmayıllı və Qəbələ rayonlarından, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağsu rayon Heydər Əliyev Mərkəzində (Ağsu şəhəri, Azərbaycan küçəsi 25) Ağsu rayonundan olan vətəndaşları qəbul edəcək.

 

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

 

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır