Modern.az

İşıqforun işləməməsi hərəkətin iflicinə səbəb olmamalıdır - BNA

İşıqforun işləməməsi hərəkətin iflicinə səbəb olmamalıdır - BNA

17 May 2019, 20:54

Bu gün bir sıra ərazilərdə elektirik təchizatında yaranan kəsinti səbəbindən işıqforların işində çətinlik meydana gəlib.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, işıqforların işinin bərpası üçün müvafiq qurumlarla iş aparılır:

 

"Lakin bir məsələni bildirim ki, işıqforun işləməməsi yolda hərəkətin iflicinə səbəb olmamalıdır. Hər bir sürücü bilməlidir ki, işıqfor işləmədiyi zaman yol nişanlarının tələbi eyni zamanda, nizamlanmayan yolkəsişməsinin keçməsi üçün mövcud qaydalar əsas götürülməklə icra edilir".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir