Modern.az

Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürov anıldı

Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürov anıldı

17 May 2019, 21:12

“1990-cı ildə Tərtər - Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən düşmənin qəfil hücumu ilə qarşılaşdı. Bu qeyri-bərabər döyüşdə Rostovda Ali Polis Akademiyasını bitirən, daxili işlər orqanlarında fəaliyyətə başlayaraq polis mayoru rütbəsinə qədər yüksələn Şahlar Şükürov da qəhrəmanlıq nümayiş etdirərək həlak oldu. Bu qanlı hadisə zamanı eyni zamanda Aşıq Şəmşirin qızı Çimnaz xanım da qətlə yetirildi. Bu hadisə zamanı göstərdiyi şücaətə görə Şahlar Şükürova "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi”.

Modern.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun anım mərasimində çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirib.

 

Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürova həsr olunan “Bir elin Şahları” filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra Kəlbəcər rayon ziyalıları, ictimaiyyət nümayəndələri qəhrəman haqqında,  eyni zamanda film barəsində təəssüratlarını bölüşüblər. Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru Əlövsət Ağalarov, şair, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil və başqaları Şahlar Şükürovun hər kəsə nümunə olan ömür yolundan bəhs ediblər. Eyni zamanda bu cür tədbirlərin gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynadığı xüsusi vurğulanıb.

 

Daha sonra Milli Qəhrəmanın qardaşı Malik Şükürov Şahlar Şükürovun ailəsi adından filimin hazırlanmasında xidmətləri olanlara ailə adından minnətdarlığını bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir