Modern.az

Mədən işçiləri aclığa başladı

Mədən işçiləri aclığa başladı

17 May 2019, 21:57

Gürcüstanın Çiatura şəhərində əməkhaqlarının bir neçə dəfə artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını, mədənçilərin təhlükəsizliyinin təmin olunmasını tələb edən mədən işçiləri mayın 17-də aclıq aksiyasına başlayıblar.

 

Modern.az  “Azərtac”a istinadən xəbər verir ki, mədən işçiləri "Gürcüstan manqanı" şirkətinin nümayəndələri ilə görüşərək tələbələrini bildiriblər. Lakin şirkət rəhbərliyi onların istəklərini nəzərə almayıb.

Bundan sonra 15 nəfər mədən işçisi tələbləri yerinə yetirilənədək aclıq aksiyasını davam etdirəcəklərini bildiriblər.

 

Sabiq Baş nazir  «Gürcü arzusu-demokratik Gürcüstan» partiyası siyasi katibi İrakli Qaribaşvili və Gürcüstan Həmkarlar İttifaqları Birliyi mədən sənayesində çalışan işçilərin hüquqlarının müdafiəsinə qalxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır