Modern.az

Təhsilə aid elektron xidmətlər regionlarda təbliğ ediləcək

Təhsilə aid elektron xidmətlər regionlarda təbliğ ediləcək

4 May 2019, 22:38

“Respublikamızda digər sahələrdə olduğu kimi, təhsil sahəsində də elektron xidmətlərin əhatə dairəsi getdikcə genişlənir. Hazırda orta məktəbin hazırlıq qruplarına qəbuldan başlamış, ali məktəblərə sənəd verilməsi, müəllimlərin, məktəb direktorlarının işə qəbulunadək aparılan fəaliyyət, göstərilən xidmətlər elektronlaşdırılıb. Eyni zamanda orta məktəblərdə tədris olunan dərsliklərin elektron variantı, bəzi dərsliklərin isə səsli variantları hazırlanıb ki, bunları da internet üzərindən istifadə etmək və elektron versiyalarını yükləmək mümkündür. Həmçinin, orta məktəblərdə dərslərin daha maraqlı və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilərək şagirdlərə mənimsədilməsinə imkan verən xeyli elektron resurslar var. Hazırda əsas iş yaradılan bu imkanları təbliğ etmək və geniş istifadəsinə nail olmaqdır. Təşkilatımız da bu istiqamətdə dövlətin gördüyü işlərə ictimai dəstək vermək üçün yeni layihənin icrasına başlayıb”. 

Bu fikirləri Modern.az-a Regional İnsan Hüquqları və Media Mərkəzinin rəhbəri Xalid Kazımov bildirib.

 

Xalid Kazımov qeyd edib ki,  həyata keçirdikləri “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi Bakı şəhəri, Bərdə, Yevlax, Tərtər və Goranboy rayonlarının ərazisini əhatə edir: “Əsas məqsəd  məcburi köçkün məktəblərinin pedaqoji kollektivinin ölkəmizdə təhsil sahəsinə aid göstərilən elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırılması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsidir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyimiz layihə çərçivəsində ilkin olaraq “Elektron təhsil imkanları” adlı buklet hazırlanıb. Bukletdə hazırda dövlət qurumlarının “Elektron hökumət portalı” və öz internet səhifələri vasitəsilə təhsil sahəsinə aid göstərdikləri elektron xidmətlər, təhsil sahəsinə aid elektron resurslar və onlardan istifadə imkanları ilə bağlı məlumatlar toplanılıb. Növbəti mərhələdə Bakı şəhəri, Bərdə, Yevlax, Tərtər və Goranboy rayonlarının ərazisində fəaliyyət göstərən məcburi köçkün məktəblərində çalışan şəxslər üçün məlumatlandırma sessiyası təşkil olunacaq. Tədbir zamanı iştirakçılara ölkəmizdə təhsil sahəsinə aid göstərilən elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumat veriləcək. Onlara elektron xidmətlərdən istifadədə köməklik göstəriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub