Modern.az

Türkiyədə 3 terrorçu məhv edildi

Türkiyədə 3 terrorçu məhv edildi

Dünya

18 May 2019, 00:16

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən keçirilən antiterror əməliyyatı nəticəsində üç terrorçu məhv edilib.

 

Modern.az xəbər verir ki, onlardan biri "Rojbin Gaver Mizgin" ləqəbli Raife Kutlak adlı qadındır.

 

Məlumata görə, ölkənin Daxili İşlər Nazirliyi Raife Kutlakın tapılması üçün 300 min türk lirəsi (təxminən 50 min ABŞ dolları) pul mükafatı ayırmışdı. PKKKCK terror təşkilatlarının üzvü olan təhlükəli terrorçu Siirt bölgəsində zərərsizləşdirilib.

 

Digər bir məlumatda isə bildirilir ki, Giresunun Güce rayonu ərazisində daha bir PKK terrorçusu təslim olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır