Modern.az

Kılıcdaroğlu od püskürdü

Kılıcdaroğlu od püskürdü

Dünya

10 Yanvar 2012, 22:47

Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu haqqında istintaq başladılmasına və toxunulmazlığının qaldırılması tələbinə münasibət bildirib.

Modern.az trtazerbaycan.com-a istinadən bildirir ki, bu gün parlamentdə partiyasının fraksiya toplantısında çıxış edən Kılıçdaroğlu "Toxunulmazlığa ehtiyacım yoxdur. Yola çıxarkən toxunulmazlığı güvənmədim. Toxunulmazlığımı ləğv edin" deyib.

"Həbsə atmaq deyil, dar ağacına da çıxarsanız söyləyəcəyim budur" deyən CXP lideri çıxışına bu sözlərlə davam edib: "Toxunulmazlığımın ləğvi üçün ərizəmi göndərəcəyəm. CXP lideri ilə hesablaşmaq istəyirsinizsə, o zaman toxunulmazlığımı ləğv edib. Oyunun harada qurulduğunu da bilirəm. Siz kimsiniz, kimə diz çökdürmək istəyirsiniz? Mən sizdən də, sizin ağa babalarınızdan da çəkinmirəm. Yalnız xalqımdan çəkinər, millətimin qarşısında əyilərəm".

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir