Arxiv
18 May 2019, 10:10 | MEDİA
Qənirə Ataşova Amerikada məzun oldu - FOTOLAR

“Vaşinqtonun mərkəzindəki, Newseum-un zalında iki cüt göz mənə baxır. Həm sevinc, həm də həyəcanla. Sevinclərinin əsas səbəbi məzun olmağım olsa da, mərasimdə iştirak etmək ücün dərsdən qalıblar və daha çox buna sevindiklərinə əminəm. Əslində məzuniyyətimə atam gəlməli idi. Səhhəti imkan vermədi. Beləliklə, məzun olmağımı da oğlanlarımla qarşılayıram”.

 

Modern.az-ın məlumatına görə  bunu Amerikada yaşayan jurnalist Qənirə Ataşova bildirib.

 

O qeyd edib:

 

“Amerika paytaxtında, bu möhtəşəm zalda gözlərimi yumub həyatla bağlı ilk yaddaşımı xatırladım. 1,5 yaşım var idi, Simi nənəm xəstə yatırdı. İnsanlar ona baş cəkməyə gələndə, mən də pilləkənin yanından sürüşüb ayaqqabıların üstünə düşür, qalxır və yenə də sürüşürdüm. Yaşadığım hər günü xatırlayıram. Çox yormayım sizi. Ən təsirlisi atamın əlimdən tutub məni birinci sinifə aparmasıdır....

 

7 qız, bir oğul böyüyürdü ailədə. Atam isə hər axşam yorulmadan bizdən dərs soruşurdu. Dərs soruşmasın deyə tez yatsaq da oyadırdı. Zəhimli insan olduğundan çox çəkinirdik. Tez-tez bizə xaş bişirirdi, xüsusən imtahan ərəfəsində. Yaddaşımız yaxşı olsun deyə. Böyük bacımı Bakıdakı Kimya Biologiya Təmayülünə qoyub, hər həftə onu görməyə gəlirdi... Dəhşət elmə həvəsli insan idi. Allah Elçibəyə rəhmət eləsin. Test üsulunu tətbiq etdi. 7 qız bir il fərqlərlə universitetləri qazanmağa başladı. Mən 5-ci qız idim. Evdən 4 qız tələbə həyatı yaşayırdı. Başqalarından fərqli olaraq, müəllim yanına hazırlığa getmədim, çünki atamdan pul istəməyi özümə ayıb bilirdim. Onsuz da 4 qızın tələbəliyi ailəyə baha başa gəlirdi. Qəbul imtahanına gedəcəkdim, axşam atam məni çağırdı. O məni "Qanqaş" və ya "Qayğanaq" çağırırdı. “Qanqaş, çalış bu il kəsil, gələn il girərsən. Qızlardan biri universiteti bitirsin sonra sən girərsən” söylədi. Ona, bunu mənə deməli olmadığını söylədim və incimiş halda əmimoğlu Səxavətin yanına qaçdım. Səxavətlə aramızda 20 il yaş fərqi olsa da, onunla yaxşı anlaşırdıq, mənə düz yolu göstərirdi rəhmətlik. “Fikir vermə” dedi. Nə isə birinci il qəbul oldum. Hamı təbrikə gəldi, atam isə “yenə də ondan xahiş etdim ki, bu il kəsilsin” dedi. Bu dəfə riyaziyyat müəllimim Məmmədağa dəstəyim oldu. Atam gülümsəyərək daha seçim qoymadı dedi.. Atamın fermer təsərrüfatı var idi və çox gözəl də idarə edirdi. Zatən, mən onun hər işində yanında dayanırdım. Lap uşaqlıqdan. Atama söz verdimki, qışı oxuyub, yayı gəlib sənə kömək olacam. Dediyimi etdim də. Əkin zamanı başlayandan, taxıl biçininədək, pambıq yığımında ailəmə dəstək olurdum.

 

Velosipedlə bütün işçilərin qidasını daşıyır, istənilən qulluğa gedirdim. Dərs başlayanda isə Bakıya gəlirdim. Atam bizə tez-tez məktub yazır və bütün məktublarında küçədən heç bir şey alıb yeməməyi, bir də çox oxumağı yazırdı. Atam Amerikadakı məktəblərdən bizə çox yazırdı. Xüsüsən bunu qardaşımın etməli olduğunu bildirirdi. Atamınindi 75 yaşı var. Hər telefon danışığımızda mənə verdiyi tövsiyyə- Anarın insan adam olduğunu unutma,oğlanları boş buraxma, dərslərində möhkəm olsunlar, hər addımda vətəni düşün və bir də bunu deyir: “Bilirəm o uşaqlar dünya üçün faydalı olacaqlar, o zaman gəlib məzarımda ayaq tərəfdə durarsız, mən görəcəm deyir”. Ata, bu gün məzun oluram”.

 

Q.Ataşova deyib ki, kənddə böyüyüb paytaxta gəlmək, ANS kimi ciddi bir kanalda yüksəlmək, ANS-in qapılarının bağlanmasını görmək, o cəmiyyətdə qala bilməyib Amerikayadək gəlmək və iki körpə uşaqla bu yolu keçmək heç asan olmadı.

 

“Ata, Allah mənə güc verdi və bunun üçün Allahıma və sənə çox təşəkkür edirəm. İndi mənim yanımda olmasan da, gözümü yumub əlimdən tutub məktəbə aparmağını təsəvvür edirəm və bunu hiss edirəm”.

 

Qeyd edək ki, Q.Ataşova Vaşinqtondakı "Bay Atlantic" Universitetində “Global affairs and politics” ixtisası üzrə təhsil alırdı.

 

Nuranə DAXİLQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vasim Məmmədəliyevlə vida mərasiminin yeri AÇIQLANDI 14 Oktyabr 2019, 10:36 ADU-da “Kitabi–Dədə Qorqud” dastanına həsr olunmuş dəyirmi masa keçirilib 14 Oktyabr 2019, 10:35 Nazir: “Azərbaycanda özünüməşğulluğun əhatə dairəsi 6 dəfədən çox artıb” 14 Oktyabr 2019, 10:22 MDB dövlətlərinin nazirləri Bakıya toplaşdı 14 Oktyabr 2019, 10:18 Mingəçevirdə evdən köhnə istilik sistemlərini oğurladılar 14 Oktyabr 2019, 10:17 Nədən doğma sözümüzü alınma söz kimi yazırıq? 14 Oktyabr 2019, 10:13 BMU-nun gənc müəllimi Keele Universitetində tədqiqat aparıb 14 Oktyabr 2019, 10:10 “Vasim Məmmədəliyevin vəfatı hamımız üçün çox böyük itkidir” - Mehriban Əliyeva  14 Oktyabr 2019, 10:08 Bakının bu rayonu qazsız qalacaq 14 Oktyabr 2019, 10:04 Qənirə Paşayeva: “Bu düşmənə də, dosta da bir mesajdır” 14 Oktyabr 2019, 10:01 Cıdır düzü payızda – SON FOTOLAR 14 Oktyabr 2019, 10:00 Suriya kürdləri Türkiyəyə qarşı Bəşər Əsədlə BİRLƏŞDİ 14 Oktyabr 2019, 09:52 Gədəbəy atəşə tutuldu 14 Oktyabr 2019, 09:51 İran-Azərbaycan sərhədində İNSİDENT: sərhədçimiz bıçaqlandı - FOTO 14 Oktyabr 2019, 09:44 Göyərçin cildli kərkəs - Türk qanı axıtmaqdan ləzzət alan Njdenin dəhşətli CİNAYƏTLƏRİ 14 Oktyabr 2019, 09:38 “Türkiyəni qınayanlar evlərində rahat yatırlar” 14 Oktyabr 2019, 09:32 Türkdilli ölkələrin prezidentləri Bakıya toplaşır 14 Oktyabr 2019, 09:05 Şimali Kipr prezidenti rəsmi Ankaranı QƏZƏBLƏNDİRDİ 14 Oktyabr 2019, 08:57 Tənzilə Rüstəmxanlı: “Bizi biabır edən bu gənclər nə zaman yetişdi?” - MÜSAHİBƏ 14 Oktyabr 2019, 08:36 Dövlət Nəzarət Təhükəsizlik Departamenti... Adı vahimə yaradan, xüsusi geyim forması olan bu qurum nə işlər görür? - FOTOLAR 14 Oktyabr 2019, 08:13 Bu gün “Avro-2020”nin seçmə mərhələsində final kimi oyun: Fransa-Türkiyə - TƏQVİM 14 Oktyabr 2019, 08:11 “Avro-2020”nin seçmə mərhələsində daha 9 oyunun NƏTİCƏSİ 14 Oktyabr 2019, 08:01 Yeni robot fotoqraf işə başlayıb 14 Oktyabr 2019, 00:34 Niyam "Maşın"dan getdi: Laləni isə göz yaşları qorudu 14 Oktyabr 2019, 00:08 Bakıda jurnalist vəfat etdi 13 Oktyabr 2019, 23:57 Hakim səhvini etiraf edib Azərbaycandan ÜZR İSTƏDİ 13 Oktyabr 2019, 23:50 Makron təcili Təhlükəsizlik Şurasını topladı 13 Oktyabr 2019, 23:31 Suriya ordusu Türkiyəyə qarşı 13 Oktyabr 2019, 23:14 Vasim Məmmədəliyev vəfat edib 13 Oktyabr 2019, 22:56 "Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç  13 Oktyabr 2019, 22:38 Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi 13 Oktyabr 2019, 22:16 Millimiz hakim səhvinin qurbanı oldu - VİDEO 13 Oktyabr 2019, 21:57 Bakıda təkər emalı sexi yandı 13 Oktyabr 2019, 21:29 Azərbaycan idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı 13 Oktyabr 2019, 21:13 ABŞ hərbçilərini  Suriyadan çıxarmağa başlayıb 13 Oktyabr 2019, 20:47