Modern.az

90 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıb  

90 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıb  

18 May 2019, 14:24

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu il üçün əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlanılıb.

 

Bu haqda Modern.az-a nazirlikdən bildirilib.

 

Bu kateqoriyadan olan 90 nəfər şəxs xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Lənkəran rayonundakı istirahət mərkəzinə yola salınıb.

Tədbir “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir. Proqramda əlilliyi olan şəxslərlə bağlı digər tədbirlərlə yanaşı, onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi də yer alıb.

 

Bu məqsədlə cari ilin yaz-yay mövsümündə 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkənin istirahət mərkəzlərində 10 gün müddətində istirahətinin təşkili nəzərdə tutulub.

 

Nuranə DAXİLQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır