Arxiv
18 May 2019, 15:10 | AKTUAL
Dövlət Komitəsində Laçının işğalı anıldı

Mayın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 27-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.

 

Laçının Azərbaycanın füsunkar guşələrindən biri olduğunu və strateji mövqedə yerləşdiyini diqqətə çatdıran Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev  rayonun Ermənistan silahlı dəstələri işğalına şərait yaradan amillərdən danışıb,  ermənilərin xalqımızın başına gətirdiyi faciələri yada salıb. Bildirib ki, həmin dövrdə ölkə hakimiyyətinin səriştəsiz fəaliyyəti və xəyanətkarlığı  ağır nəticələrə səbəb olub. 1992-ci il mayın 18-də Laçın rayonunu işğal etməklə Ermənistan Dağlıq Qarabağla birbaşa əlaqə yaradıb və onun ətrafındakı əraziləri ələ keçirmək imkanı qazanıb. Dünya birliyi işğalıçıya hələ də kifayət qədər təsir göstərmir, BMT-nin qətnamələri yerinə yetirilmir. Bununla belə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi,  Azərbaycan heç vaxt işğalla barışa bilməz və ərazi bütövlüyünü bərpasına nail olmaq üçün bütün imkanlardan istifadə edəcəkdir. Laçınlıların da doğma yurda qayıdacaqlarını ümidlə gözlədikləri, dövlətimizin başçısının bu məqsədlə apardığı siyasəti dəstəklədikləri bildirilib.

 

Rayonun məcburi köçkün əhalisinin həyat səviyyəsinin, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin həyata keçirildiyi vurğulanıb. Prezident İlham Əliyevin tapşırığı ilə onların daha çox məskunlaşdıqları Ağcabədi rayonu ərazisində növbəti yaşayış məhəlləsinin salınmasına hazırlıq görüldüyü diqqətə çatdırlıb.

 

Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın məcburi köçkünlərin, o cümlədən laçınlıların problemlərinin həllinə həssaslıqla yanaşdığı, bu sahədə həyata keçirilən layihələrin icrasını nəzarətdə saxladığı qeyd edilib.

 

Milli Məclisdə Laçın rayonunu təmsil edən millət vəkili, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru  Mahir Abbaszadə, laçınlı ağsaqqallar Tapdıq Abbasov, Əmirxan Zeynalov, Qəzənfər Hüseynov, Möhübbət Həsənov, Varaşil Məmmədov, Laçında ərazi özünümüdafiə batalyonunun qərargah rəisi olmuş Rafiq Nağıyev, Qarabağ döyüşlərinin iştirakçıları Babək Aslanov, Muxtar Həşimov, Çingiz Abbasov, Habil Muradov, İsgəndər Qasımov, Laçın rayon 40 nömrəli tam orta məktəbin direktoru Aygün Cabbarova, Aprel döyüşlərinin iştirakçısı Vüqar Abdüləzimov və başqaları tədbirdə çıxış edərək, rayonun tarixi keçmişindən, əhalinin təcavüzkarlara göstərdiyi müqavimətdən, torpaqların müdafiəsi uğrunda şəhid olan həmyerlilərinin qəhrəmanlıqdan danışıb, məcburi köçkünlərə dövlət qayğısının əhəmiyyətindən söz açıb,  işğala tezliklə son qoyulacağına inamlarını ifadə ediblər.  

 

Tədbirin sonunda Laçın haqqında “Əsirlikdə qala qalmaz” filmi nümayiş olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BÖYÜK ZƏFƏRƏ hazır Azərbaycan Ordusu... 26 İyun 2019, 10:16 Bir var idi, bir yox... - Varislər HAQQINDA 26 İyun 2019, 10:09 Xəzər dənizinin səviyyəsi 1 metrdən çox aşağı düşüb - Nazirlik 26 İyun 2019, 10:03 Təmas xəttində nisbi sakitlik hökm sürür 26 İyun 2019, 09:56 Konqres Trampa İranla müharibə etməyi qadağan etmək istəyir 26 İyun 2019, 09:26 Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü... 26 İyun 2019, 09:19 Neft 66 dollardan baha satılır 26 İyun 2019, 09:09 Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü 26 İyun 2019, 09:05 “Vəziyyət çox təcilidir” - Asim Mollazadə AŞPA-da Dilqəmlə Şahbazdan DANIŞIB 26 İyun 2019, 08:58 Jurnalist Ramilə Qurbanlının qardaşı vəfat etdi 26 İyun 2019, 08:46 Azərbaycanı ABŞ-da təbliğ edən türk professor 26 İyun 2019, 08:39 “Ciyər axşamı”ndan qayıdan gənc traktorun altında qaldı 26 İyun 2019, 00:58 Gürcüstanda zəlzələ oldu 26 İyun 2019, 00:44 Kürdə batan qadının meyiti tapıldı 26 İyun 2019, 00:26 101 yaşlı Azərbaycan Silahlı Qüvvələri 26 İyun 2019, 00:12 “Fəaliyyətimi yenidən davam etdirəcəyəm” – Fuad Abbasov 25 İyun 2019, 23:56 “Qarabağ” yenə qələbə qazana bilmədi 25 İyun 2019, 23:43 Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Yaqub Mahmudov: “Şirməmməd Hüseynov mərd kişi idi” 25 İyun 2019, 21:40 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38 Belarusdan bir qızıl, iki bürünc şansı 25 İyun 2019, 20:30 Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR 25 İyun 2019, 20:18 Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi 25 İyun 2019, 20:04 Beşqat dünya çempionu Ehram Məcidova hökm oxundu 25 İyun 2019, 19:35 Heydər Əliyev prospektindəki qəza tıxac yaratdı 25 İyun 2019, 19:24