Modern.az

Qlobal Jurnalistlər Birliyi: Akkreditasiya problemləri həll ediləcək

Qlobal Jurnalistlər Birliyi: Akkreditasiya problemləri həll ediləcək

Aktual

18 May 2019, 16:11

Qlobal Jurnalistlər Birliyi (QJB) Türkiyədə fəaliyyətdə olan xarici media quruluşlarının təmsilçiləri ilə iftar yeməyində bir araya gəlib.

 

Modern.az-ın məlumatına görə, İstanbulun “Bombanti Hilton” otelinin 34-cü mərtəbəsində özəl dəvət salonunda həyata keçirilən iftar yeməyinə xarici media quruluşu təmsilçilərinin demək olar ki, hamısı qatılıb.

QJB-nin qurucu üzvü Kahraman Halisçekilin təşkil etdiyi iftar yeməyində danışan QJB Qurucu Başçısı Mehmet Ali Dim, birliyin quruluş məqsədi, vəzifəsi və missiyası haqqında məlumat verib.

 

“Hamımız eyni gəmi içindəyik. Güc birliyi edərək bütün problemlərin öhtəsindən gələcəyimizə inanıram. Əməkdaşlarımızın akkreditasiya  mövzusundakı problemlərini həll etmək üçün Xarici İşlər Nazirliyimiz ilə əlaqə saxlayırıq. Bu mövzuda Xarici İşlər Nazirliyi aidiyyatı şəxsləri və xarici media təmsilçilərini bir araya gətirəcək.

Problemlərin birbaşa aidiyyatı qurumlara ünvanlanacağı ilə bağlı bir iclas təşkil edəcəyik" –deyə Dim bildirib.

 

Nuranə DAXİLQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...