Modern.az

Koçaryan azadlığa buraxıldı

Koçaryan azadlığa buraxıldı

Dünya

18 May 2019, 16:33

Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib.

 

Bu haqda Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir.

 

Prosesdə hakim David Qriqoryan Koçaryanın azadlığa buraxılması barədə qərarı elan edib. 

 

Qeyd edək ki, bu il mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.

Onlar 2008-ci ilin mart hadisələrinə görə mühakimə olunurlar.

 

Həmin şəxslər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə ittiham edilirlər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...