Modern.az

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvündən maraqlı açıqlama

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvündən maraqlı açıqlama

Parlament

11 Yanvar 2012, 09:34

“İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icra edilməsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”

“Ölkə prezidenti tərəfindən ötən ilin 27 dekabr tarixində imzalanmış  “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”  cox mühüm siyasi və tarixi əhəmiyyətə malik olan sənəddir. Bu  sənəd  Azərbaycan dövlətinin və dövlət rəhbərliyinin bir daha ölkədə insan və hüquq azadlıqlarının qorunması, təmin edilməsi məsələsinə nə qədər böyük önəm verməsinin əyani sübutudur”.

Bunu Modern.az saytına Milli Məclisin deputatı, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

O, bildirib ki, Prezident İlham Əliyevin  9 illik hakimiyyəti dövründə Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində xeyli addımlar atılıb, ölkənin bu yöndə  qanunvericilik  bazası formalaşdırılıb, beynəlxalq sazişlərə, konvensiyalara qoşulub, ən nüfuzlu beynəlxalq qurumlar olan Avropa Şurası, Avropa Birliyi qarşısında öhdəliklər bir sıra götürülüb, həmin ödəliklərin də böyük əksəriyyətinin yerinə yetirilməsinə nail olunub: “Müstəqilliyimizin  hələ ilk və siyasi-iqtisadi cəhətdən çətin olan illərində insan hüquq və azadlıqlarının ən böyük hüquqi təminatçısı olan  Konstitusiya qəbul olunub, sonra da onun təkmilləşdirilməsi  məqsədi ilə həmin sənədə  2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yoluyla bir sıra əlavələr və dəyişikliklər edilib. İnsan hüquq və azadlıqlarının təmin edilməsi yönümündə digər bir sıra mühüm addımlar da  atılıb- Konstitusiya Məhkəməsi, İnsan hüquqları üzrə Müvəkkillik- Omdudsman İnstitutu yaradılıb, o cümlədən, İnsan hüquqları üzrə Avropa Məhkəməsi yanında  Azərbaycanın səlahiyyətli nümayəndəsi  təyin olunub və artıq həmin səlahiyyətli şəxs öz fəaliyyətinə başlayıb. “Milli Fəaliyyət Proqramı”nda da qeyd edildiyi kimi, bu sənəd ölkəmizdə bir daha insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə təsdiq edilir”.

S. Qafarova bildirib ki, “Milli Fəaliyyət Proqramı”nda da qeyd olunduğu  kimi, ölkə Konstitusiyasının 12-ci maddəsində müəyyən edilib ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir: “Bu məqsədə nail olmaq üçün isə  heç şübhəsiz Azərbaycanda qəbul edilən qanunların ilk növbədə  ölkə Konstitusiyasında və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir. Atıq bu baxımdan, ölkədə olan qanunvericvilik təcrübəsi də göstərir ki, qanunların hazırlanması zamanı ölkə Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr rəhbər tutulur, habelə bir çox qanun layihələri onların hazırlanması prosesi zamanı insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların ekspertizasına təqdim olunur, onların rəyi nəzərə alınmaqla qəbul edilir. Bunlar  insan hüquq və azadlıqlarının qorunması, təmin edilməsini  özünün  başlıca prioritetlərindən seçmiş Azərbaycan dövləti üçün çox mühüm məqamlardır.

Azərbaycan insan hüquqları və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürüb:

Bu baxımdan, məlum sənəddə də qeyd olunduğu kimi, bu öhdəliyin yerinə yetirilməsinə nəzarət mexanizmləri çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan insan hüquq və azadlıqlarının təmin edilməsinə dair dövri hesabatlar üzrə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər hökumətlərarası təşkilatların ixtisaslaşmış qurumlarının rəy və tövsiyələrinin həyata keçirilməsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icra edilməsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Göstərilən öhdəliklərin yerinə yetirilməsi zamanı tövsiyələrin ətraflı təhlili, görüləcək tədbirlərin və onların icrasına məsuliyyətli dövlət qurumlarının müəyyən edilməsi zəruridir. Bununla əlaqədar olaraq, qeyd olunan prosesə dövlət  qurumları ilə yanaşı,  insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarının da  cəlb edilməsi nəzərdə tutulur ki, bunun özü olduqca  ciddi və əhəmiyyətli məqamlardandır”.

Deputat bu sənədin 5.2-ci hissəsində  “2012-2013-cü illər üçün Avropa Şurası ilə birgə Fəaliyyət Planının həyata keçirilməsi” məqamının da nəzərdə tutulmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb:

 “Burada göstərildiyi kimi, 1995-ci ildən Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı məhkəmə-hüquq, korrupsiyaya qarşı mübarizə, gənclər siyasəti, vətəndaş cəmiyyətinin inkişafı və sair sahələrdə uğurla həyata keçirilir. Bu baxımdan, növbəti illər üçün nəzərdə tutulan Avropa Şurası ilə Fəaliyyət Planı çərçivəsində də  bir sıra istiqamətlər üzrə əlavə tədbirlərin  həyata keçirilməsinin nəzərdə tutulması  müstəsna əhəmiyyət daşıyır”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır