Modern.az

Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO

Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO

18 May 2019, 21:49

Bu gün İsrailin paytaxtı Tel-Əvivdə finalı baş tutacaq “Eurovision” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Çingiz Mustafayev dünya azərbaycanlılarına müraciət edib.

 

Modern.az  xəbər verir ki, müğənni hər kəsdən ona səs verilməsini istəyib:

 

"3 ay bir göz qırpımında gəlib keçdi. Bu müddət ərzində çəkdiyim bütün əziyyət, stress, gözəl günlər, hazırlıqlar cəmi 3 dəqiqəyə görədir. Bu gün o 3 dəqiqə gəlib çatdı. Dəstək olun. Mobil proqram vasitəsilə səs verə bilərsiniz. Bütün dünya azərbaycanlılarına səslənirəm: səs verin, dəstək olun".

 

Qeyd edək ki, "Eurovision"ın finalı saat 23:00-da yayımlanacaq. Çingiz "Truth" mahnısı ilə 20-ci nömrə altında səhnəyə çıxacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır