Modern.az

İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO

İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO

18 May 2019, 22:53

Bu gün Kənd Təsərrüfatı naziri İnam Kərimov Goranboyda  fermerlərlə görüşüb.

Modern.az-ın məlumatına görə, tədbiri Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq qeyd etdi ki, rayonun əsas problemi suvarma suyunun çatışmamasıdır. Bu problemin ictimai müzakirəsi, həmçinin, aqrar bölmədə  fermerləri narahat edən  digər problemləri öyrənmək üçün Kənd Təsərüffatı naziri cənab İnam Kərimovu və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevi Goranboy rayonuna dəvət etmişik.

 

Daha sonra İnam Kərimov Azərbaycanın kənd təsərrüfatının inkişaf hədəfləri və perspektivləri barədə məlumat verib.

 

 Sonra Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev rayonda suvarma suyu ilə bağlı təminatın yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib.

 

Görüşdə fermerlərin suvarma suyu,texnika təminatı, aqrar bölməyə güzəştli kreditlərin verilməsi və onları narahat edən problemləri dinlənilib.

 

Həlli mümkün olan problemlərin aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib.

 

Qeyd edilib ki, suvarma suyu və digər problemlərin həlli istiqamətində tədbirlər görüləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir