Modern.az

“Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi

“Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi

Aktual

18 May 2019, 23:29

"Zağulba Mall" ticarət mərkəzindəki yanğın söndürülüb. Modern.az  ONA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Qərargahının rəisi Əkbər Novruzov bildirib.

 

Onun sözlərinə görə, yalnız bir yanğından mühafizə əməkdaşında yüngül zəhərlənmə olub və ona hadisə yerində müvafiq tibbi yardım göstərilib. Vətəndaşlar arasında isə xəsarət halı müşahidə edilməyib.

 

Hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasından da xəstəxanaya 4 nəfərin çatdırıldığı təsdiqlənib. Onlardan biri binanın gözətçisi Xalid Uğurbəyovdur.

 

Qeyd edək ki, yanğın tam söndürülüb. Binanın zirzəmisində havalandırma sistemi olmadığından, tüstü qatı açıq qapılardan bayıra çıxır. Hazırda ərazidə son nəzarət işləri aparlır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür