Modern.az

Helikopter qəzasında iki nəfər öldü

Helikopter qəzasında iki nəfər öldü

19 May 2019, 00:14

ABŞ-da helikopter qəzası baş verib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Yuta ştatının dağlıq ərazisində qeydə alınıb. Helikopterin dağlıq əraziyə düşməsi nəticəsində 2 nəfər həlak olub. Ölənlərin heyət üzvləri olduqları bildirilir.

 

Məlumata görə, helikopter Ballard şəhərindən Solt-Leyk-Siti dairəsinin hava limanına uçurmuş. Hava maşınının axtarışları helikopterdə olanlardan birinin ailə üzvlərinin onun gecikməsi barədə xəbər verməsindən sonra başlayıb.

 

Qəzanın səbəbləri araşdırılır. Hələlik, yalnız o məlumdur ki, həmin ərazidə əlverişsiz hava şəraiti mövcuddur.

 

Daha əvvəl də ABŞ-da helikopter şəhərə düşərək bir neçə avtomobilə və binaya çırpılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi