Modern.az

Elektron sənədlərin qeydə alınması proseduru dəyişib

Elektron sənədlərin qeydə alınması proseduru dəyişib

Aktual

19 May 2019, 00:33

Nazirlər Kabineti “Elektron sənədlərin mübadiləsi Qaydası”nda dəyişiklik edib. Modern.az-ın məlumatına görə, qüvvədə olan Qaydaya əsasən, elektron sənədlərin qeydə alınması elektron və ya kağız-uçot jurnallarında aparılmalıdır.

 

Eyni zamanda elektron sənədlərin elektron jurnallarda qeydə alınması zamanı qeydə alınma məlumatlarının icazəsiz müdaxilələrdən mühafizəsi və təsadüfən məhv və ya təhrif edilməsinə yol verilməməsi təmin edilməli idi.

 

Dəyişikliyə əsasən, elektron sənədlərin qeydə alınması artıq elektron və ya kağız-uçot jurnallarında deyil, elektron sənəd dövriyyəsi sistemi vasitəsilə həyata keçiriləcək. Müvafiq olaraq elektron sənədlərin elektron sənəd dövriyyəsi sistemində qeydə alınması zamanı qeydə alınma məlumatlarının icazəsiz müdaxilələrdən mühafizəsi və təsadüfən məhv və ya təhrif edilməsinə yol verilməməsi təmin edilməlidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir