Modern.az

Hondurasda təyyarə qəzası: 6 ölü

Hondurasda təyyarə qəzası: 6 ölü

19 May 2019, 11:02

Hondurasın Roatan adası sahillərində təyyarə qəzaya uğrayıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarə hava qalxdıqdan bir qədər sonra dənizə düşüb.

Qəza nəticəsində pilot da daxil olmaqla, 6 nəfər həlak olub. Onlardan 5-i turistdir.

Ölkənin silahlı qüvvələrinin nümayəndəsi bildirib ki, qəzada ölənlərin 4-ü ABŞ vətəndaşıdır. Bəzi mənbələrsə qəza nəticəsində 4 Kanada vətəndaşının öldüyünü bildirir.

Qəzada həlak olan 5-ci turistin vətəndaşlığı barədə məlumat yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir