Arxiv
19 May 2019, 11:51 | HADİSƏ
Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM: “Hansı qayğıdan danışırsınız?!”  

“Mən aylardır Alimpaşa Məmmədovun qəbuluna düşə bilmirəm. Onlar hansı qayğıdan, köməkdən danışırlar”.

 

Bu sözləri Modern.az-a 2014-cü ildən erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Şəmkir rayon İcra Hakimiyyətinin torpaq qalmaqalı ilə bağlı yaydığı açıqlamasına cavab olaraq bildirib.

 

K.Əsgərov Şəmkir İcra Hakimiyyətini haqsızlıqda ittiham edib:

“Mətbuat xidmətinin verdiyi açıqlama kökündən yanlışdır. Guya hər zaman bizim ailəni diqqət mərkəzində saxlayıblar. Alimpaşa Məmmədov Şəmkir rayonuna icra başçısı gələndən bu yana nə qədər cəhd etsəm də onun qəbuluna düşə bilməmişəm. İndi isə Alimpaşa Məmmədovun mətbuat katibi açıqlama verir ki, Dilqəm Əsgərovun ailəsini hər zaman diqqət mərkəzində saxlayırlar. Hamısı yalandır”.

 

O qeyd edib ki, torpağının əlindən alınması səbəbi ərazinin yeni çəkilən “İpək yolu”un üzərində yerləşməsidir:

 

“Mənim ərazimdə də xeyli materiallar var. Mən 5 il əvvəl həmin torpağı icrayə götürmüşəm. İndi icarə müqaviləsinin vaxtı bitir. Şəmkir rayon İcra Hakimiyyətinə nə qədər müraciət etsəm də müqaviləninin müddətini artırmırlar. Başçı isə bizi qəbul etmir ki, dərdimizi ona deyək”.

 

K.Əsgərovun sözlərinə görə, Alimpaşa Məmmədovdan əvvəlki icra başçısı onlara lazımi kömək göstərib:

“Nazim Veysov bizim ailəyə hərtərəfli qayğı göstərib. Amma Alimpaşa Məmmədov bunu öz adına çıxmasın. O gələndən bircə dəfə də olsun İcra Hakimiyyətindən bizə “bəlkə hansısa probleminiz var”,- deyə soruşan olmayıb. Bunların hamısı cəfəngiyyatdır. Onlar ictimaiyyətə yalan məlumat verirlər”.

 

Qeyd edək ki, 2014-cü il iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

 

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin hökmü ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkəranda tələbə yataqxanası və məktəb istifadəyə verildi 16 Sentyabr 2019, 16:22 Azərbaycanda yeni “ənənə”: gənc qızlarla yaşlı kişilərin evlənməyi - Doğrudan yaşın fərqi yoxdur?.. 16 Sentyabr 2019, 16:20 Gecə yuxu görən qadın üzüyünü uddu - FOTO 16 Sentyabr 2019, 16:16 Nazir müavini: “Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır” 16 Sentyabr 2019, 16:02 “Tarixlərin ən yaxşısı” nəşrə hazırlanır 16 Sentyabr 2019, 15:55 Müsavatın qurultayının vaxtı bilindi 16 Sentyabr 2019, 15:54 Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni təhsil ocaqları istifadəyə verilib 16 Sentyabr 2019, 15:53 Putin və Ruhani Türkiyədə 16 Sentyabr 2019, 15:49 Konqoda Eboladan ölümlər davam edir: ölənlərin sayı 2 minə çatdı 16 Sentyabr 2019, 15:42 6 rayonda güzəştli gübrə satılacaq 16 Sentyabr 2019, 15:38 Azərbaycanın ən çox alıb-satdığı mallar, ticarət etdiyi ÖLKƏLƏR 16 Sentyabr 2019, 15:35 Qənirə Paşayeva: “Bu, Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir” 16 Sentyabr 2019, 15:22 “Rusiya istəsə də dollardan imtina edə bilməz” 16 Sentyabr 2019, 14:49 Bakıda binaların dam örtüyü dəyişdirilir 16 Sentyabr 2019, 14:44 UNİCEF-in Azərbaycan üzrə rəhbəri Goranboyda 16 Sentyabr 2019, 14:38 Kolumbiya Azərbaycandan olan gül şirkətlərini Boqotaya dəvət edir   16 Sentyabr 2019, 14:29 5 Xəzəryanı ölkənin səlahiyyətli mümayəndəsi Bakıda toplaşacaq 16 Sentyabr 2019, 14:22 Bakı Mühəndislik Universitetində yeni dərs ili - FOTOLAR 16 Sentyabr 2019, 14:12 Ceyhun Bayramov Qubanın kəndində məktəbin açılışında   16 Sentyabr 2019, 14:06 “Bu il Azərbaycanda üzüm ötənilkindən baha olacaq” - RƏSMİ 16 Sentyabr 2019, 14:01 Şikayətçi vətəndaş Prezidentə MÜRACİƏT ETDİ 16 Sentyabr 2019, 14:00 “Qarabağ” - “Sevilya” oyununu bu hakimlər İDARƏ EDƏCƏK 16 Sentyabr 2019, 13:52 İlham Əliyev: “Azərbaycan-Türkiyə tərəfdaşlığı son illər daha da möhkəmlənib” - YENİLƏNİB 16 Sentyabr 2019, 13:48 Qarabağ Universiteti Bərdədə açılacaq? - Deputat: “Bakının yükü azala bilər” 16 Sentyabr 2019, 13:41 Lənkəranda dayısını öldürən bacıoğlu və dostları tutuldu 16 Sentyabr 2019, 13:33 AzTV loqosunu DƏYİŞDİ – FOTO 16 Sentyabr 2019, 13:23 Özbəkistan Türk Şurasına üzv oldu - Azərbaycan bəyanat verdi 16 Sentyabr 2019, 13:19 Pilot Rəşad Atakişiyevin ailəsi DTX rəisinə müraciət etdi 16 Sentyabr 2019, 13:16 Leş axtaranlar... 16 Sentyabr 2019, 13:13 Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır 16 Sentyabr 2019, 13:11 “Azərbaycanın Dostları” adlı sosial şəbəkə istifadəyə verilir 16 Sentyabr 2019, 13:08 Tədris ilinin ilk dərsləri  16 Sentyabr 2019, 13:03 Sabah 31 dərəcə isti olacaq - HAVA PROQNOZU 16 Sentyabr 2019, 12:54 2020-ci ilin büdcə layihəsi: Nə, necə dəyişir? 16 Sentyabr 2019, 12:50 Neftdən asılılığı aradan qaldıra bilmirik 16 Sentyabr 2019, 12:39