Modern.az

Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna kişi sözü verdi - FOTOLAR  

Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna kişi sözü verdi - FOTOLAR  

19 May 2019, 17:33

Şəmkir İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov erməni girovluğunda saxlanan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla görüşüb.

Bu barədə Modern.az-a K. Əsgərov bildirib.

K.Əsgərovun sözlərinə görə, A.Məmmədov onun torpaq sahəsinin icra müqaviləsinin  müddətinin artırılması üçün aidiyyatı dövlət qurumlarına rəsmi müraciət edəcəyini açıqlayıb:

“Görüşdə mənim problemlərimlə maraqlandı. Mən başçıya bildirdim ki, mənim tək bir problemim var, o da atamın mənə alıb verdiyi torpaq sahəsinin əlimdən çıxmasıdır. Başçıya dedim ki, bu torpağı atam azad olunub gələnədək canla-başla qoruyub saxlamalıyam”.

O qeyd edib ki, başçı ilə aralarındakı anlaşılmazlıq tam olaraq həllini tapıb:

“O mənə kişi söz verdi ki, həmin torpaq sahəsi yenidən mənim səlahiyyətimə qaytarılacaq. Səmimi söhbət zamanı bir-birimizi başa düşdük və ortaq məxrəcə gəldik ki, arada bəzi səhv anlaşılmazlıqlar olub. Başçı  yaxın vaxtlarda həmin torpaq sahəsinin tam qanuni şəkildə sənədləşdirərək, mənim istifadə veriləcəyinə  söz verdi və məni öz evinə dəvət etdi”.

Qeyd edək ki, K.Əsgərov 5 il əvvəl icarəyə götürdüyü torpaq sahəsinin icarə müddəti bitdiyi üçün Səmkir rayon İcra Hakimiyyətinə müraciət etsə də, ona məhəl qoyan olmayıb.

K.Əsgərov bildirib ki, torpağının əlindən alınması səbəbi ərazinin yeni çəkilən “İpək yolu”un üzərində yerləşməsidir:

“Mənim ərazimdə də xeyli materiallar var. Mən 5 il əvvəl həmin torpağı icrayə götürmüşəm. İndi icarə müqaviləsinin vaxtı bitir. Şəmkir rayon İcra Hakimiyyətinə nə qədər müraciət etsəm də müqaviləninin müddətini artırmırlar. Başçı isə bizi qəbul etmir ki, dərdimizi ona deyək”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...