Modern.az

Saakaşvilidən tərəfdarlarına hücum əmri

Saakaşvilidən tərəfdarlarına hücum əmri

Dünya

19 May 2019, 21:22

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Feysbuk” hesabında video-müraciətlə çıxış edib.

 

Modern.az xəbər verir ki, M.Saakaşvili özünün Vahid Milli Hərəkat Partiyasını və tərəfdarlarını hücuma səsləyib:

 

“Biz hücum və ancaq hücum etməliyik. Bizi hər dəfə seçkidən məhrum edirlər, seçkiləri saxtalaşdırırlar. İvanişvili hər dəfə fərqli fəndlərə əl atır”.

 

Qeyd edək ki, bu gün Gürcüstanın beş rayonunda mer, səkkiz rayonunda isə bələdiyyə məclisi aralıq seçkiləri keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü