Modern.az

Ramiz Mehdiyevin qəbul etdiyi finlandiyalı deputatlar Ağdama gediblər

Ramiz Mehdiyevin qəbul etdiyi finlandiyalı deputatlar Ağdama gediblər

Təhsil

11 Yanvar 2012, 11:33

Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri Elxan Süleymanovun təşəbbüsü və dəvəti ilə Finlandiyanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri cənab İlkka KANERVANIN başçılığı ilə Avropa Parlamentinin və  AŞPA üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Azərbaycanla tanışlıq və rəsmi görüşlər məqsədi daşıyan səfər zamanı nümayəndə heyətinin üzvləri olan Finlandiyanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri İlkka KANERVA, Avropa Parlamentinin üzvü Hannu TAKKULA, Finlandiya parlamentinin və AŞPA üzvü Sirkka Liisa ANTTİLA və AŞPA-nın keçmiş deputatı cənab Jaakko LAAKSO Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, “Əbədi məşəl” abidəsi önünə gül dəstəsi qoyublar.

Yanvarın 9-da qonaqlar Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüblər. Milli Məclis sədrinin birinci müavini ölkəmizin Finlandiya ilə dövlətlərarası və parlamentlərarası  əlaqələrini daha da intensivləşməsinə önəm verdiyini qeyd edib. Elə həmin gün nümayəndə heyəti Azərbaycan Respublikası Baş nazirinin müavini,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli  Həsənovla görüşüb. Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində meydana çıxmış Azərbaycanda qaşqın və məcburi köçkün probleminin mahiyyəti, onların yaşayış yerləri, sosial problemlərinin həlli istiqmətində görülən işlər barədə informasiya verib, Azərbaycan iqtisadiyyatının hazırki vəziyyətindən bəhs edib. Daha sonra finlandiyalı qonaqlar xarici işlər nazirinin müavini Xələf Xələfovun qəbulunda olublar.

Yanvarın 11-də Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Finlandiya parlamentinin nümayəndə heyətini qəbul edib. Cənab Ramiz Mehdiyev qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində ətraflı məlumat verib, problemin həlli yolları barəsində fikir mübadiləsi aparılıb. Finlandiya parlamenti nümayəndə heyətinin rəhbəri qeyd edib ki, münaqişənin həllinə yardım etmək üçün Azərbaycan və Finlandiya nümayəndələri BMT Təhlükəsizlik Şurasında, ATƏT və AŞPA-da fəaliyyətlərini uzlaşdırmalıdır.

Yanvarın 11-də finlandiyalı parlamentarilər helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsində səfərdədilər. Millət vəkili Məlahət İbrahimqızı da bu səfərdə onlarla birlikdədir.

Görüşlər zamanı əldə olmuş razılığa əsasən Azərbaycan – Finlandiya parlamentlərarası dostluq və əməkdaşlıq planları müzakirə edilmış, konkret fəaliyyət proqramı razılaşdırılıb.

Tədbirlər planına uyğun olaraq ATƏT Parlament Assambleyasında, Avropa Parlamentində və AŞPA-da Azərbaycan və Finlandiya nümayəndə heyətinin üzvlərin əlaqəli və razılaşdırılmış fəaliyyətin məqsədəuyğun olması qeyd edilib, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi  vurğulanıb. Azərbaycan və Finlandiya xalqların dostluq və qarşılıqlı hörmət ənənəsinə uyğun olaraq cəmiyyətlərimiz arasında müxtəlif mədəni, təhsil və insanlararası tədbirlərin geniş vüsət alması barədə razılıq əldə edilmiş, belə tədbirlər sırasında hər iki ölkə  sənətçilərinin qarşılıqlı səfərləri, iş adamlarının təcrübə mübadiləsi, müştərək biznes layihələrinin gerçəkləşdirilməsinin vacibliyi  bir daha vurğulanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!